adalet.az header logo
  • Bakı 7°C
13 Noyabr 2018 12:46
9655
İDMAN
A- A+

AFFA sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı təşkil edib

Uşaq Hüquqları aylığı çərçivəsində AFFA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində futbol festivalı təşkil edib. Heydər Əliyev Fondunun dəstəyi ilə bu müəssisədə, habelə 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Nazirlikdən verilən məlumata görə, ümumilikdə 230 nəfərdən çox uşağın daimi dövlət təminatında yaşadığı hər iki müəssisədə uşaqların stasionar şəraitdə sosial xidmətlərlə təminatı həyata keçirilməklə, onların sosial reabilitasiya yönümlü tədbirlərə, bacarıqlarına uyğun idman növlərinə cəlb olunması üçün də işlər aparılır.

Futbol festivalında AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, habelə ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin rəhbərinin həyat yoldaşları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar uşaqların bacarıqlarının inkişafı üçün fəaliyyət göstərən dərnəklərlə, emalatxanalarla, uşaqların hazırladıqları əl işləri ilə tanış olublar.