adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Noyabr 2018 11:19
4461
HADİSƏ
A- A+

Bakıda turizm sahəsinə həsr olunmuş növbəti sərgi keçiriləcək

15 mart 2019-cu ildə JW Marriott Absheron mehmanxanasında növbəti eksklüziv "Prime Travel Market" sərgisi baş tutacaq. Sərgi "The Prime Management & Consulting" şirkəti və Azərbaycan Turizm Assosiyasiyası ilə Azərbaycan Dövlət Turizm Agentliyin dəstəyi ilə təşkil olunur.

Ənənəyə əsasən, tədbir bir neçə hissədən ibarət olacaq, hər biri turizm nümayəndələrinə kommunikasiya platforması kimi xidmət edəcək.
Bu "b2b" formatlı görüşlər diqqətlə nəzərdən keçirilir və planlaşdırılır ki, iştirakçılar və qonaqlar turizm sahəsində tərəfdaşlıq qura və mövcud olanları möhkəmləndirə bilsinlər.

Prime Travel Market, iştirakçılara bu sənayedə ən son hadisələr və yeniliklər haqqında məlumat almaq imkanı yaradır.

Sərgi iştirakçıları arasında 5* otellər, eksklüziv kurortlar, dünya mehmanxana zəncirləri, unikal butik otellər, hava yolları şirkətləri, kruiz şirkətləri, DMC və lüks tur operatorları, səyahət agentlikləri.

Prime Travel Market dünyanın lüks turizm nümayəndələrinə ən yaxşı səyahət şirkətləri ilə görüşmək və yeni işgüzar əlaqələr qurmaq imkanı yaradır. Sərgi, həmçinin Azərbaycan bazarına daxil olmağı planlayan şirkətlər üçün yaxşı başlanğıc olacaq.

Prime Travel Market ölkəmizdə daxili və xarici turizmin davamlı inkişafı üçün bir platformadır və turizm sənayesinin effektiv inkişafını təmin edir.