adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 Noyabr 2018 09:14
5345
GÜNDƏM
A- A+

BURADA QƏLBLƏR DAHA HƏRARƏTLİDİR


Ölkənin ən isti bölgəsi sayılan Kürdəmir bu ilki anomal yay günlərini daha kəskin gördü və yaşadı, gəlib payız fəslinə qovuşdu. Ancaq o vaxtlar da, indilər də dəyişməz qalan bir gerçəklik var. Kürdəmir hər gün özünəməxsus inkişaf yolundadır. Respublikamızda gedən quruculuq işlərinin, bütün sahələr üzrə dinamik inkişafın ayrılmaz hissəsi olan Kürdəmirin uğurları, əlbəttə ki, sevinc və qürur doğurur.
Payızdır. 2018-ci ilin III rübü də geridə qaldı. Əlbəttə, ötən müddət ərzində də respublikamız aparılan uğurlu daxili və xarici siyasət nəticəsində sabitliyi qoruya bilmiş, bütün istiqamətlədə stabillik davam etmişdir. İstənilən regionda aparılan işlərə diqqət yetirib nəticələrə baxdıqda real vəziyyət və perspektiv daha aydın görünür. Təbii ki, Kürdəmir rayonunda da belədir. Son illərin göstəriciləri, yüksək səviyyəli müasirləşməsi öz müqayisələri ilə qazanılan uğurları bir daha təsdiqləyir. Bu haqda bizim çox söhbətlərimiz olub.
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov qazanılan uğurların başlıca səbəblərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna qayğı və diqqətini əsas gətirir. Prezidentin qayğısı ən vacib istiqamətlərdə sakinlərə həmişə böyük sevinclər bəxş edir.
Kürdəmir rayonunda 2018-ci ilin doqquz ayına yekun vurularkən bütün bunlar barədə daha geniş söhbət getmişdir. Eyni zamanda ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələrdən danışılmışdır. İclası giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Respublika Nazirlər Kabinetinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş 09 oktyabr tarixli iclasında bu ilin 9 ayında görülmüş işlər ətraflı təhlil edilmiş, qazanılan nailiyyətlər yüksək qiymətləndirilmişdir. Möhtərəm Prezidentimiz çıxışında bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulduğunu, inflyasiyanın 2,6 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 9,5 faiz artdığını, valyuta ehyiyatlarımızın 45 milyard dollara çatdığını, xarici ticarət dövriyyəsinin 37 faiz, qeyri neft ixracının 14 faiz artdığını, ölkəmizdə 85 min daimi iş yerlərinin açıldığını qeyd etdi. Möhtərəm Prezidentimiz çıxışında bu il üçüncü Dövlət Proqramın icrasının başa çatdığını, proqramın artıqlaması ilə icra olunduğunu, gələn ilin əvvəlində növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul ediləcəyini, dördüncü proqramda bu gün görə bilmədiyimiz işlərin öz əksini tapacağını və qarşımızda duran vəzifələrin icra ediləcəyini diqqətə çatdırdı.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 14,5 faiz artaraq 295 350 800 manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 71,9 faizi istehsal sahələrində, o cümlədən 16,4 faizi sənayedə, 50,9 faizi kənd təsərrüfatında, 4,6 faizi tikintidə olduğu halda 28,1 faizi xidmət sahələrində, o cümlədən 1,1 faizi nəqliyyatda, 0,2 faizi rabitədə, 26,8 faizi isə ticarətdə olmuşdur. Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 9 ayında 701 nəfər işlə təmin olunmuşdur ki, bundan 665 nəfəri daimi işlə təmin olunanlardır. Sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2018-ci ilin 9 ayında Kürdəmir rayonunun 5 sahibkarına 334 min manat məbləğində kredit verilmiş və nəticədə 140 yeni iş yeri yaradılmışdır. Cənab Prezidentin tapşırığına əsasən və eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ilin 9 ayında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda müvəqqəti xarakterli 325 nəfər işlə təmin olunmuşdur. Hər il olduğu kimi bu il də "Əmək yarmarkası" keçirilmiş, yarmarkada 34 müəssisədən 246 boş iş yeri təqdim olunmuş, 82 nəfər daimi işlə təmin edilmiş, 38 nəfər "Xalçaçı" peşə kursuna, 21 nəfər isə ictimai işlərə cəlb olunmuşdur. Cənab Prezidentin diqqət yetirdiyi sahələrdən biri olan özünüməşğulluq proqramı ilə əlaqədar 92 nəfər 5 qrupda özünüməşğulluq proqramına cəlb olunmuş və cari ilin sonuna qədər bu şəxslər öz biznes ideyaları əsasında bacardıqları fəaliyyət növü üzrə aktivlərlə təmin olunub kiçik sahibkar kimi fəaliyyətə başlayacaqlar. Hesabat dövründə Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun inkişafına diqqət daha da artırılmışdır. Cənab Prezidentin qeyd etdiyi kimi kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Odur ki, biz çalışmalı, kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli, ixrac yönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik.Hesabat dövründə rayonda taxıl istehsalının artırılması sahəsində müvafiq tədbirlər görülmüş, 45028 hektar sahənin taxılı biçilmiş, 136417 ton məhsul götürülmüşdür. Taxıl istehsalı əvvəlki ilə nisbətən 55717 ton artmış, hektardan məhsuldarlıq 30 sentnerə çatdırılmışdır ki, bu da ötən ildəkindən 10 sentner çoxdur. Taxıl istehsalının qarğıdalı dəni hesabına bir qədər də artırılması tədbirləri görülmüş, bu il 1250 hektarda dənlik qarğıdalı əkilmiş, indiyədək 2000 tondan çox dən götürülmüş və hazırda məhsul yığımı davam etdirilir. Taxılın toxumçuluğuna daha ciddi fikir verilmiş, toxum fonduna 5 min tondan çox dən ayrılmış, çeşidlənərək 4000 tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir.Növbəti ilin məhsulu üçün bu il də 45 min hektardan çox taxıl əkilməsi nəzərdə tutulmuşdur. İndiyədək 38 min hektaradək taxıl əkiləcək sahənin şumu çıxarılmış, 5 min hektardan çox sahədə arpa, 1000 hektaradək sahədə buğda əkilmiş, hazırda əkin işləri davam etdirilir.
Hesabat dövründə 10606 hektarda yonca, 910 hektarda kartof, 1374 hektarda tərəvəz, 3105 hektaradək sahədə bostan, 130 hektarda günəbaxan, 15 hektarda yerfındığı, 133 hektardan çox sahədə soya, 60 hektarda şəkər çuğunduru becərilmişdir. Sahələrdən 11349 ton kartof, 16300 ton tərəvəz, 53700 ton bostan, 235 tondan çox günəbaxan, 623 tonadək şəkər çuğunduru istehsal edilmişdir. Bostan, tərəvəz, şəkər çuğunduru, qarğıdalı dəni, soya yığımı hazırda davam etdirilir.
(ardı gələn sayımızda)