Tramp dünyanı təhdid etdi
Dünya liderləri ilə keçirilən toplantılarda bir çox uğur əldə etdiyim Fransadan yeni qayıtdım. ABŞ-a həm hərbi, həm də ticarət baxımından ədalətli davranılmadığı həqiqətini ortaya çıxarmaq asan olmadı.
Adalet.az xəbər verir ki, bu sözləri Fransa səfəri barədə ABŞ Prezidenti Donald Tramp deyib.
"Digər ölkələrə hərbi müdafiə üçün çox böyük ödəmələr, yüz milyardlarla dollar pul veririk. Bu vəziyyətin davam edə bilməyəcəyini söylədim. Bu vəziyyət həmişə qəribə şəkildə ABŞ-ın əleyhinə olub. Külli miqdarda vəsait digər ölkələrin qorunması üçün xərcləndi və qarşılığında heç nə almadıq. Üstəlik ticarət kəsrimiz oldu və itkilər verdik. Çox zəngin ölkələrin ABŞ-a hərbi müdafiə üçün pul ödəməsi ya özlərini qoruması üçün vaxt gəldi. Ticarət sərbəst və ədalətli şəkildə aparılmalıdır”, - Tramp bildirib.