Onlar cini çıxardarkən adamı niyə öldürdülər? - Eminquey yazır

11785 | 2018-11-12 17:46

Xəbər yayılıb ki, 6 nəfər cin kimi adam bir kişininiçinə girmiş cini çıxartmaq istəyiblər. Adamı o qədər döyüblər ki, kişi canını tapşırıb.

Gəlin məsələyə soyuq başla yanaşaq, cinni başdaağıl olmaz.

Fərz edək ki, içimizə cin girib və bəzən biziolmazın hallara salıb.

Özümüzü idarə edə bilmirik. Mən razı. Adam pərtolur, səhərsi kimlərdənsə üzr istəməyə məcbur olur ki, sən Allah, özümdən asılıdeyil, bilməmişəm, bağışla. Sonra bizi nə illah eləsələr də əvvəlki halımızaqaytara bilmirlər. Əlac qalır cinçıxaranlara.

Bir gün bizi uzadırlar yerə, əlimizi, qolumuzu,başımızı tutub otururlar sinəmizin üstünə. Başlayırlar Qurandan ayələr oxumağa.İndi özünüzü cinin yerinə qoyun da. Axı bu cin də kiminsə balasıdır da.

Siz cin olsanız, çıxardınız?

İnsanlar arası münasibətdə bineyi-qədimdən "talpa”ylasöhəbətə getmək adət-ənənəsi olub. Kiminsə sözə gücü çatmayanda ya yumruğa, yada söyüşə keçib.

Bax, sən cinlə niyə öz dilində danışmırsan axı? Səncinə niyə ona zidd olan şeylər deyirsən axı? Niyə cini Allahla hədələyirsən?Cinin adının nə olduğu nəyinə lazımdı? Bu cini qabağına qoyub nə vaxt adam kimidindirdin axı?

Bəlkə o cinin qalmağa yeri yoxdu? Bəlkə o cin özünəhəmdəm adam axtarır? Özgə vaxt qonaqpərvərlikdən danışırsız, kimisə təkləməyinpis bir şey olduğunu deyirsiniz. Bəs, nə oldu? Sizə zəhləniz gedən adamhaqqında danışanda cin vurmuşa dönmürsünüz? Demirsiniz ki, mənə o adam haqqındabir kəlmə də demə? İndi axı niyə cinə onun zəhləsi getdiyi şeylər haqqında ərəbcəqırıldayırsınız?

Yaxşı, cin əgər adamın içinə giribsə, adamı niyədöyürsünüz?

Güzgüyə baxırsınız, bugün nəsə yaxşı görünmürsünüz.Saçlarınız dağınıqdı, saqqalınız uzanıb. Bu məntiqlə güzgünü də döyməlisinizki, məni niyə eybəcər göstərirsən? İndi mənə deyin görüm, siz güzgünün içindəsiniz,ya güzgü sizin içinizdə?

Cini alqışlayıram. O cin mübarizliyin, yenilməzliyinbariz nümunəsidir. Hələm-hələm adamın göstərmədiyi şücaəti o cin göstərib. Təsəvvüredin, sizin üstünüzə kitabla, Allahla hücum çəkirlər, təhqir edirlər, bu azmışkimi 6 nəfər birləşib təkləyib döyürlər. Vallah, cin olsanız, çoxdan başınızıgötürüb qaçmışdınız. Cin girdiyi adamı öz evi zənn eləyib. Deyib ki, a kişilər,bu bədən artıq mənim Vətənimdir. Torpaqdan da pay olar, amma Bədəndən payolmaz. Sözsüz ki, cin bunu da vurğulayıb:

- Siz bu bədəni məndənancaq meyitimin üstündən keçib ala bilərsiniz.

Elə məhz bu cümlə bu 6 nəfəri özündən çıxarıb. Özlərindəno qədər çıxıblar ki, hətta arada adam özü də dilə gəlib:

- Ay adamlar, mənəme, Miriş, döyməyin, cindi də, bizi tək buraxın, özümüz həll edərik.

Amma cinin o sözü bunları nətər tutubsa adamı cin zənnedib leşi çıxana kimi döyüblər. Nəticədə cin sözünün arxasında mərdi-mərdanədayanıb. Bir gülləylə iki quş vurmuş olub. Birincisi odur ki, bu kişilər cinayətişləyiblər və polis də bunları tutub aparıb. İkincisi isə o girdiyi bədəni buadamlara sağ-salamat verməməklə, sözünü yeməməklə əzilməzliyini ortaya qoyub.

Xülasə, siz Allah, bu qədər girhagirdə birzalımıçıxmış cin nə böyük problem oldu ki? Məsələn, sizə bir şey deyim, hətta mənvəsiyyət edirəm:

"Əgər nə vaxtsa içimə cin girsə, çıxarıb eləməyin.Mən qonaqpərvər bir xalqın oğluyam. Qoy içimdəki zövqi-səfadan o cin də dadsın.Bəlkə özü çıxıb daxili dünyamın zənginliyindən sizə də danışdı? Bəlkə hələ irəligedib bir kitab da yazdı, nə bilirsiniz?”

Bu yerdə sözümü Sabirin sözüylə qurtarıram:

"Cin görürəm, Şeytan görürəm, qorxmuram?

Altı müsəlman görürəm qorxuram...”

TƏQVİM / ARXİV