adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 15:40
4635
HADİSƏ
A- A+

Bakıda piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.

25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.