adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 14:35
29570
ŞOU-BİZNES
A- A+

Təhminəni oynayan aktrisanın başı yarıldı


Aktrisa Natavan Ələkbərova-Gümetin başı yarılıb.

Adalet.az xəbər verir ki, "Təhminə və Zaur" serialının çəkilişləri zamanı aktrisanın başına Bum (səs aparatı) dəyib və Natavan xanım başından yaralanıb. Aktrisa hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

"Çəkiliş gedirdi, dayanmışdım, bir də gördüm başıma Bum dəydi. Başım qanasa da, şükür ki, güclü xəsarət almadım. İndi yaxşıyam".

Qeyd edək ki, Natavan Ələkbərova-Gümet "Təhminə və Zaur" serialında Təhminə rolunda çıxış edir. Serial həftəiçi hər gün 21:00-da ATV telekanalında yayımlanır.