adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 13:35
4695
HADİSƏ
A- A+

Astarada 4 yaşayış məntəqəsində həyətləri və əkin sahələrini su basıb

Cənub bölgəsinə yağan aramsız yağışlar nəticəsində Astara rayonunun 1 qəsəbə və 3 kəndində problemlər yaranıb.

Adalet.az xəbər verir ki bu barədə Trend-ə açıqlamasında Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.

Onun sözlərinə görə, yağıntı miqdardan artıq olduğu üçün su kanalları seli qəbul edə bilmir: "Aramsız yağışlar nəticəsində Kijəbə qəsəbəsi, Pensər, Siyəku, Səncərədu ərazi nümayəndəliklərində həyətyanı sahələri su basıb. Rayona nisbətən bu ərazilərə daha çox yağıntı düşüb. Hələlik evlərə ciddi ziyan dəyməyib, amma həyətlərdə suyun hündürlüyü 20-30 santimetrə çatıb. Hadisə nəticəsində əkin sahələrinin bəzi hissələrini su basıb".