adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 13:33
6518
MƏMLƏKƏT
A- A+

FHN: Lənkəranda sellə bağlı 38 nəfər təxliyə edilib, xilasetmə işləri davam edir

Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhərində yağan leysan xarakterli yağışlar nəticəsində bir neçə kənddə bəzi ərazilər yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq, Nazirliyin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Həyətyanı sahələrin su ilə dolması səbəbilə köməksiz vəziyyətdə qalmış 38 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.