adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Evinə çörək apara bilən bütün fəhlələr öz evinin kralı imiş - Eminquey yazır

EMİNQUEY AKİF
48360 | 2018-11-13 10:13

Axırıncı günrəngim tamamən qaralmışdı, dırnaqlarımın içi ağarmışdı, burnum, boğazım suvaqladolmuşdu...

***

- Gəl, mənə qoşul, tikintidə iş var, gedək işləyək.

- Çingiz, bacararam? İndiyə kimi tikintidə işləməmişəmaxı.

- Niyə bacarmırsan ki? Usta yanında köməkçiolacağıq, nə desələr edəcəyik də. Burda çətin nə var?

- Yaxşı, bəs, nə qədərdi maaş?

- Gününə 20 manat.

- Az deyil?

- Niyə ki? Lap əladı. Səhər saat 9-dan axşam 6-ya.

- Hmm...

- Hə, bir də, əgər yeməyi evdən gətirsən 25 manatalacaqsan, əgər onların verdiyi yeməyi yesən 20 manat.

- Bax, bu əla oldu. Mən qıraq yeməyi yeyəmmirəm.Evdən gətirərəm. Beş manat da beş manatdı.

- Ay sağ ol da...

- Razılaşdıq.

- Sabah səhər məhlənin tinində gözləyəcəm səni.

***

Çingizlərazılaşandan sonra içimə bir hüzur dolmuşdu. Evə gələ-gələ indidən aldığım puluvur-çıx eləyib nə edəcəyimi planlaşdırırdım. Amma birinci işim anamı sevindərməkolacaqdı.

- Mama, sənə şad xəbərim var.

- Bıy, nə olub?

- İş tapmışam.

- Aaa, nə işi?

- Mama, hər gün işə aparmağa yemək hazırlasan 25,hazırlamasan 20 manat qazanacam.

- Niyə hazırlamıram, a bala?! Sən mənim yeməyimdənbaşqasını onsuz da yemirsən ha.

- Hə, əla. Onda sabah səhərçün yemək hazırla.

- Emin, demədin axı işinin adı nə olacaq?

- Tikintidə fəhlə.

Bunudemişdim ki, elə bil anamın üzünə qara buludlar çökdü. Qaşları elə düyünləndiki, elə bil bu dəqiqə ildırım kimi hirslə çaxacaq.

- Nə? Fəhlə? Emin, sənin nə canın var axı? Budutapdığın iş?

- Hə, mama, neyləyim? İş yoxdu da. İndiki vəziyyətdəməcburuq.

- Gedib bir ay işləyəcəksən, sonra iki ay xəstəyatacaqsan, həm canın düşəcək, həm də aldığın maaş da dəva-dərmana gedəcək.

- Ay mama, indi belə lazımdı, başa düş.

Gördüm ki,belə alınmayacaq, anam fikrindən dönməyəcək, işimi yumşaltmağa başladım.

- Mama, fəhlə deyəndə niyə qorxursan axı? Qorxma,daş daşımayacam, hündürlükdə də olmayacam. Ustalara kömək edəcəm. Sementqarışdırmaqdı, nə bilim onu ver, bunu gətir.

- Hmmm...

Bir az daolsa yumşaldı. Amma heç nə demədi. Nə razı oldu, nə də narazı.

***

Sevincimdənyata bilmədim o gecə. Bir saatdan bir oyanırdım ki, birdən işə gecikərəm. Beləcəsəhəri saat 6-da cinbala gözlərimlə açdım. Yuxu məndən on yorğan uzağadüşmüşdü.

Anam yuxudanoyandı, gözlərini ovdu, ovdu... Hə, ildırım çaxdı, onun bulud gözləri yağmağabaşladı.

- Nə olub, ay mama? Səhərin gözü açılmamış niyəağlayırsan?

- Atanı yuxuda görmüşəm.

- Hə, danış görüm.

- Deyirdi, mən ölmüşəm ki, Emini bu qədər ağır işəyollayırsan? Qoyma getsin.

Burnunu çəkə-çəkəgözünün yaşı axan anamı sakitləşdirə bilmirdim. Qadın elə bil məni eşitmirdi. Bərkdənqışqırdım:

- Hə, atam ölüb! Ölüb! Bir də yuxuna girsə, de ki,hə, sən ölmüsən!

***

Yeməyimhazır idi. Balaca yemək bankasını da götürüb anamı öpüb evdən çıxdım. Yol boyufikrim anamda qalmışdı. Özümlə girinc bir dialoqa başladım.

- Görəsən,ağlamır ki? Sakitləşdi? Başa düşdü nə dediyimi? Atam da kefi ha. Bəsdi də. Get,məzarında rahatca yat da. Anamdan ötrü narahatsan, bütün günü ağlındasan,fikrindəsən, gecə də yuxusuna girirsən. Hələ üstəlik ordan mənə bir mesaj dagöndərirsən. Əşşi, sözün var, gir mənim yuxuma, özümə de də. Bu neçə ildə bir dəfədə olsun yuxuma gəlməmisən.

***

İş yerinəçatdıq. Hərəmizə bir cüt əlcək verib ustaların yanına göndərdilər. Əvvəl-əvvəlbu bina mənə çox yad idi. Ustalar nəyinsə dalınca məni göndərsələr, çaşırdım, bəzənqayıdacağım yolu unudurdum.

Çiynimdəsement torbası ustanın birinə yaxınlaşdım:

- Qardaş, 4-cü mərtəbəyə çıxmalıyam, amma bilmirəmpilləkənlər hardadı.

Deyəsən, çoxgülünc bir sual vermişdim.

- Evet, efendim?

Yox, ustatürk imiş, başa düşmədi məni.

- Kardeşim, 4-cü kat lazım bana, nerdivenlernerede, unutdum.

- Haa, burdan şöylə git, sağa dön, önünənerdivenler çıkacak.

Elə bu? Mənniyə iki saatdı bu pilləkənləri tapa bilmirəm? Nə asan imiş. Mənə lazım idi bu?Bu türklər də bizim dili heç cürə öyrənə bilmədilər də? Niyə öz şəhərimdəbununla öz dilində danışmalıyam?

Öz-özüməbunu demişdim ki, pilləkənlərə atdığım ikinci addımdaca, tarraap, dəydim yerə.Sement torbasının ağzı partladı. İndi mənim üstümə su da töksələr beş dəqiqəsonra bu beton divardan fərqim olmayacaqdı. Həkim babaya dönəcəkdim. Səs-küyəbir-iki fəhlə gəldi, sonra mühəndis də haradansa peyda oldu:

- Bu ne biçim iş? Lan bir az yavaş olsana!

- Ne yapayım, abi? Yeniyim de, ondandır. Bari sende üstüme gelme!

***

Yemək fasiləsidir.

Bir neçəsinahar üçün kafeyə getdi, Çingiz də onların içində. Çingiz ustaların yanında başköməkçi idi. İlk günlərdə onu demək olar ki, elə ancaq ya yemək fasiləsində, yada binanın içində ümumi təmizlik edən vaxt görürdüm. Rast gələndə məsləhətverirdi, nəyi necə edəcəyimi başa salırdı.

- Emin, nahardan qabaq da mühəndisə cavabqaytarmısan, eləmə belə. İşdən qovarlar.

Geyinib-soyunmaotağındayıq.

Sellofanımıaçdım, iki-üç dənə soyutma yumurta-kartofumu qoydum süfrəyə. Yemək yeyə-yeyəağzımız söhbətə qızışdı. Onlar mənimlə tanış olmağa başladılar. Deyəsən,kollektivdə ən təzə mən idim. Hələ bir zarafat da elədilər:

- Qaqaş, əfqanlara oxşayırsan.

- Niyə?

- Saqqalın, rəngin, saçların.

- Hmm...

Gülümsündüm.

- Özü də bayaq da mühəndisə cavab qaytarmısan.Əfqanlar da qabağından yeməyən millət olur. Bax ha, işdən qovarlar səni. Dikbaşlıq eləmə.

Gülüşdük...

***

Axşam evəqayıtdım. Anamın qapını açmağından küsülülük yağırdı. Salam vermədi, qapınıaçıb qaçdı evə. Evə girdim, süfrədə yeməyim hazır idi. Yedim, içdim. Anamsa heçnə danışmırdı. Axırı ki, dözmədim.

- Qurban olum, bağışla, duxum çatmır küçədə, işdə,orda-burda kiməsə səsimi qaldırmağa, sözümü deməyə, haqqımı tələb etməyə. Gücümsənə çatır. Sən məni nə işdən çıxaracaqsan, nə tutub polisə aparacaqsan, nə dəüstümə adam gətirib döydürəcəksən. Nolar, bağışla...

***

Getdikcəişin ağırlığına öyrəşməyə başladım. Artıq 15-ci gün əlimə özüm boyda bir aparatalıb divarda qapı yeri açırdım. Sement torbalarını iki-iki daşıyırdım. Əvvəlyer-yurdu ağız maskası ilə süpürürdümsə, indi maskasız-zadsız da işimigörürdüm. Divarı hamarlaşdıranda isə Cem Karacanın "Sen de başını alıb gitme,ne olur” mahnısına qulaq asırdım. Dəfələrlə. Musiqi ilə divardan çıxan səsbir-birinə qarışırdı. "Şık, şık, şık...”.

"Ben suyumukazandım da içdim, ben ekmeyimi böldüm de yedim” hissəsinə görə qulaq asırdımbu mahnıya.

İşin sahibitürklər idi. Onlar üçün işləyirdik. Yayın cırhacırı, paltarını başını bağlamışməhlələr. Ki, gün vurmasın. Çiynində qum, sement torbası daşıya-daşıya Misiri,fironları, qulları xatırladırdı mənə.

***

Anam işimi həzmeləmişdi. Telefonla danışırdı:

- Hə, bacı, Emini belə bilmirdim. Evi dolandırmaqüçün ağır işdə işləyir. Əclaf məni aldadır, guya bilmirəm ki, ağır şeyləridaşıyır.

***

- 3 tonluq qapı gəlib. Hamı yığılsın.

Bircə mənsoruşdum:

- Usta, 3 tonluq qapı olar?

- Niyə olmur? Bura vərəm dispanseri olacaq.

- Vərəm?

- Hə, burda bir otaq var, orda da yekə bir şüasaçanaparat. O otağın qapısı 3 tonluq olar da. Gərək o şüa heç yerə çıxmasın.

- Hmmm.

- Sən başını belə şeylərə yorma, işini gör.

Otuza yaxınadam idik. Qapının ətrafında yığıldıq. Aramızda ən zarafatcıl adam Zakir ustaidi. Qapını qaldırmağa başlayanda:

- Hə, uşaqlar, mərhuma haqqınızı halal eləyin.Qaldırın, qoyun, qaldırın, qoyun...

Gülüşdük.

Sonra bu 3tonluq mərhumu birtəhər, santım-santım dikəltdik. Çox qorxurdum, ayaqlarım əsirdi.Bir nəfər belə gücdən düşüb əlini çəksə qapı aşa bilərdi. Qapı da aşsa, vayhalıma. Altında qalıb xırt-xəşil olacaqdım. Biclik eləyib yerimi dəyişdim,keçdim ön tərəfə.

***

Hər dəfə evəgələndə anam ayaqlarımı isti suya qoyar, tezcə süd qaynadıb içizdirər, meyvəsoyub doğrayar, yaxşıca qulluq edərdi. Özümü krallar kimi hiss edirdim. Hərçəndki, krallar fəhlə olmur, amma deyirdilər ki, zaman gəlir, fəhlələr dönüb kralolurmuş. Evinə çörək apara bilən bütün adamlar öz evinin kralı imiş.

***

- Tullantılar toplayın. Bir saat zamanınız var.

Bu günə kimizibil yığmamışdım. Bütün işçilərin tökdüyü zibilləri yığmağa başlayanda başadüşdüm ki, çörəyim həm də zibildən çıxır. Deyindim, deyindim, zibillərinarasından uzun bir kardon tapıb qalxdım nahara.

Yeməyimitezcə yeyib heç kimin olmadığı qazanxanaya qalxdım. Kardonu yerə sərib uzandımüstünə. Bu zibil kardon mənə yumşaq döçək kimi rahat idi. Gözümün acısınıaldım.

Məni yuxudanoyadan Hafiz idi.

- Qaqa, dur, nahar vaxtı qurtardı. İşimiz çoxdu.

- Hafiz, necə rahat adamsan e sən. Neçə gündürfikir verirəm. Cınqırın da çıxmır. Nə deyirlər, deyirsən baş üstə!

- Bə nə deyim?

- Bir yeri bitirmisən? Niyə burda fəhlə işləyirsən?

Bu sualımıncavabını ayağa qalxıb aşağı düşənə kimi aldım.

- Hə, kollec bitirmişəm. Amma nə olsun? Kollecdiplomu ilə kimi işə götürürlər ki? Sənözün haranı bitirmisən?

Bu suallaHafiz cavabımı vermişdi əslində.

- Hə, mən də kollec bitirmişəm.

- Ay sağ ol. Başını aşağı sal, işini gör. Onsuz daaxırıncı iki günümüzdü. İş yekunlaşır.

***

Maaşlarınpaylandığı xəbəri yayıldı. Naharda hamamız bir-bir müdriyyətin qəbuluna getdik.Bu bir ay içində cəmi 4 dəfə evdən yemək aparmamışdım. Hesabladım ki, maaşımdan20 manat tutacaqlar. Maaşımı aldım.

- Abi, bi saysana. Vərdiyim parada doğrumu?

- Ya hocam, o ne söz, eyvallah!

Çölə çıxıbmaaşı tezcə saymağa başladım. 20 manatımı kəsməmişdilər.

O vaxta kimimən 20 manatın adamı belə sevindirəcəyinə inanmırdım. Axırıncı gün rəngim tamamənqaralmışdı, dırnaqlarımın içi ağarmışdı, burnum, boğazım suvaqla dolmuşdu...

***

Anamın sözüyerini tapmışdı. Xəstələnmişdim. Bronxlarım toz-torpaqla dolmuşdu. Tərləyirdim,tərləyirdim... Anam paltarımı dəyişirdi, dəyişirdi... Həmin gecənin tən yarısıyuxudan dik atıldım. Yuxuda atamı görmüşdüm. İllərlə yuxuma gəlməyən atamı. Birsöz də olsun demədi. Qucaqladı, bağrına basdı...

Yuxudanayılanda onun qoxusunu hiss elədim, çiyinlərimdən ağır bir yük götürülmüşdü eləbil. Bütün yorğunluğum bu yuxuyla çıxmışdı.


TƏQVİM / ARXİV