adalet.az header logo
  • Bakı 6°C
12 Noyabr 2018 12:59
8269
MƏMLƏKƏT
A- A+

Ərzaq məhsullarının qiyməti bahalaşdı

Bu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən xəbərə görə, bu ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.



Ay ərzində un, makaron məmulatları, mal, qoyun və toyuq əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, marqarin və zeytun yağları, banan, pomidor, badımcan, yerkökün, çuğundur, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarması, limon, naringi, alma, armud, heyva, nar, xurma, göyərti, xiyar, göy lobya, kələm, sarımsaq, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Ay ərzində qeyri-ərzaq mallarından parçalar, geyim, ayaqqabılar, inşaat materialları, kiçik elektrik cihazları, minik avtomobilləri üçün ehtiyat hissələri, fərdi və planşet tipli kompüterlər, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınlar, kondisionerlər, tozsoranlar, mobil telefonlar, fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.



Oktyabr ayında sentyabr ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdənhavanəqliyyatı iləMDBölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma, avtomobillərin təmiri, bərbərxana və kosmetoloji xitmətlərin qiymətləri, mənzillərin icarə haqqı, kompüter kurslarında təhsil haqqı bahalaşıb, dəmir yolu vəhavanəqliyyatı iləMDBölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.