adalet.az header logo
  • Bakı 7°C
12 Noyabr 2018 12:48
10838
DÜNYA
A- A+

Gürcüstanda prezidentliyə namizəd ölümlə təhdid olunur

Gürcüstan prezidentliyinə namizəd Salome Zurabişvili özününü və ailəsinin "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri tərəfindən təhdidlərə məruz qaldığını deyib.

Modern.azGürcüstan KİV-nə istinadən xəbər verir ki, o 9 noyabrdan 11 noyabr tarixinə qədər ünvanına gələn təhdidlərdən danışıb.

"Təhlükə realdır, həmin təhdidləri göndərənlər məlumdur. Onlar "Vahid Milli Hərəkat” partiyası ilə əlaqəli olan keçmiş hərbçiləridr”-deyə Zurabişvili "Rustavi 2” telekanalına açıqlamasında deyib.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 2-də baş tutacaq.