adalet.az header logo
  • Bakı 7°C
13 Noyabr 2018 10:55
12101
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLUdan İradə Tuncayın doğum gününə

Mən həmişə
gecikmişəm
sözün qulpundan tutmaqda.
Sonuncunu əvvəl deyib,
əvvəlinicini udmaqda...
Ona görə də
içindən çöldə saxlayıb,
adam sayıb,
üzümə baxmayıb –
Tanrı dərgahında
olan söz!..
Əvəzində
mənə gülümsəyib
yalan söz,
yer üzündə
olan söz.
Amma
nə olur olsun,
bütün hallarda
və zamanlarda
səninlə doğulan
söz qalacaq –
o, olacaq
qalan söz!..