adalet.az header logo
  • Bakı 19°C
11 Noyabr 2018 21:05
10138
İDMAN
A- A+

3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran Pri yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.

Adalet.az xəbər verir ki, 3 cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb. Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Hər üç cüdoçumuza Qran Prinin qızıl medalı təqdim olunub və onların şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üç rəngli bayrağımız yüksəldilib. Beləliklə cüdoçularımız Daşkənd turnirini 3 qızıl, 1 bürünc medalla başa vurublar.

Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə bürünc medala sahib olmuşdu.