adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Noyabr 2018 14:57
10452
DÜNYA
A- A+

Xarici işlər nazirinin maraqlı “tviti”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün "Tvitter” səhifəsində maraqlı status paylaşıb.
Zərif terrorçuluqla amerikansayağı mübarizənin 500 min insanın həyatı bahasına başa gəldiyini yazıb.

Qeyd edib ki, ABŞ-ın qəddar hərəkətləri İraq, Suriya, Liviya və Yəmənin dağılmasına gətirib çıxardı və İŞİD kimi terror təşkilatının yaranmasına səbəb oldu.

Bunun rəsmi Vaşinqtonun özünə də çox baha başa gəldiyini bildirən nazir daha sonra yazıb ki, bu müharibədə ABŞ 7 min əsgərini itirib. Terrorla bu faydasız mübarizəyə Birləşmiş Ştatların dövlət büdcəsindən 5 trilyon 600 milyard dollar vəsait xərclənib. (AzərTAc)