adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Noyabr 2018 12:31
11649
DÜNYA
A- A+

İraqla Səudiyyə arasında neft anlaşması

Qlobal neft bazarında sabitliyə nail olmaq üçün İraqla Səudiyyə Ərəbistanı birlikdə çalışacaqlar.

Adalet.az "Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin mətbuat katibi Asim Cihad İraq və Səudiyyənin neft nazirlərinin Bağdadda keçirdikləri görüşlə bağlı mətbuata açıqlamasında deyib.

Cihadın sözlərinə görə, İrana qarşı sanksiyaların dünya neft bazarına mümkün təsirini azaltmaq və bazarda sabitlik yaratmaq üçün Bağdad və Ər-Riyad əməkdaşlıq etmək qərarına gəlib.

O, həmçinin, İraqın enerji tələbatının ödənilməsi üçün nazirlərin görüşündə İraqla Səudiyyə arasında elektrik şəbəkələrinin birləşdirilməsinin də müzakirə edildiyini deyib.