adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Noyabr 2018 15:56
10071
İDMAN
A- A+

Aleksis Sançes PSJ-də?

"Mançester Yunayted"in futbolçusu Aleksis Sançes İngiltərə klubunu tərk edə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, çilili hücumçu ilə PSJ maraqlanır. A.Sançesin də Paris klubuna keçməyə müsbət baxdığı bildirilib. Yaxın günlərdə tərəflər arasında danışıqların başlanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu Mançester təmsilçisinə bu ilin yanvarında "Arsenal”dan transfer olunub.