warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir film izle sakarya escort likit Adalet.az | 160 ailəyə mal və materiallar verilib Adalet.az | 160 ailəyə mal və materiallar verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

160 ailəyə mal və materiallar verilib

3384    |   2018-11-09 18:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra rayonlarda (Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir və s.) üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin olunub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlillliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edib.

Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.

Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.

İşsiz və işaxtaran insanlar, onların ailə üzvləri bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan fəal və ardıcıl dövlət siyasətinə, o cümlədən aztəminatlı ailələrin kiçik təsərrüfatlara və bununla gəlirlərini artırmaq imkanlarına malik olmaları üçün mal-materiallar formasında göstərilən dövlət dəstəyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Ümumilikdə, cari il oktyabrın 11-dən proqram çərçivəsində aktivlərin verilməsinə başlanılıb. Ötən bir ay ərzində verilmiş artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.

Hazırda bu proses davam etdirilir.



İmza:

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

TANRI SƏNİ QORUSUN, QIZIM!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

İsmayıllıya qar yağıb - Foto

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Ermənilər işğal altındakı torpaqlarımızda altı kiçik su elektrik stansiyası tikirlər

UZAĞI ON BEŞ SUTKADIR DANA

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK