Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Külli miqdarda narkotik dövriyyədən çıxarılıb Adalet.az | Külli miqdarda narkotik dövriyyədən çıxarılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

6421    |   2018-11-09 18:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəran şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Bəxtiyar Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Narkotik vasitəni B.Hüseynova satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Səfər Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə S.Ağayevin evindən çəkisi 1 kiloqram 260 qram heroin və 1 kiloqram 13 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK