adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Noyabr 2018 12:46
21716
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti: “Amaliya, sən həmişə bizimləsən”

"Amaliya Pənahova bütün həyatı ilə teatr sənətinə, Azərbaycan mədəniyyətinə, kinosuna ömrünün sonuna qədər xidmət edən sənətkarlarımızdan biridir”

Adalet.az xəbər verir ki, bu fikirləriAzvision.az-a açıqlamasında Xalq artisti, aktyor Nürəddin Mehdixanlı deyib.

Xalq artisti bildirib ki, A.Pənahova Akademik Milli Dram Teatrında onun ilk tərəf müqabili olub: "Sənətçi və insan kimi həmişə gənclərə kömək edib. Əsl teatr fədaisi idi. Çox çətin bir zamanda - 1992-ci ildə özünün Bələdiyyə Teatrını yaratdı. Bu teatrla bir çox ölkələri gəzdi. O zaman müəyyən səbəblərdən teatrdan uzaqlaşan sənətçilərimizi yanına çağırdı. O, təkcə özü üçün yaşamadı. Amaliya Pənahovada tamaşaçıya, insanlara böyük rəğbət və məhəbbət var idi. Mən bilmirəm, ondan sonra yeni bir Amaliya olacaq, ya olmayacaq. Bəlkə ondan daha fərqlisi olacaq. Amma onun yeri həmişə görünəcək. Amaliya "Sən həmişə mənimləsən” tamaşası ilə sevildi, sevdi. O, sadəcə fiziki mənada uzaqlaşıb. Ona bunu deyə bilərəm: "Amaliya, sən həmişə bizimləsən””.