Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü..." Adalet.az | İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyev: "Azərbaycan nəinki regionda, daha geniş məkanda ən güclü..."

3664    |   2018-11-09 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 9-da ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə ABŞ arasında möhkəm tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən siyasi, iqtisadi, enerji və müdafiə sahələrini əhatə etdiyini dedi və uzun tarixə malik əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafında rolunu qeyd etdi. Dövlətimizin başçısı Əfqanıstanda ölkələrimizin beynəlxalq sülh və sabitliyə töhfə verdiklərini bildirərək, Azərbaycanın bu ölkədə sülhməramlı əməliyyatlarda iştirak edən ilk dövlətlərdən biri olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycanın orada iştirak edən əsgərlərinin sayının bu yaxınlarda daha da artırıldığını və Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına töhfələrinin, NATO ölkələrinə göstərdiyi nəqliyyat-logistika dəstəyinin NATO üzv dövlətləri tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Bu baxımdan dövlətimizin başçısı NATO mənzil-qərargahına son səfərini və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasındakı çıxışını xatırlayaraq, orada əməkdaşlığımızın səviyyəsinə böyük önəm verildiyinin şahidi olduğunu qeyd etdi. Əfqanıstanla ikitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı qeyd etdi ki, bu münasibətlər böyük önəm daşıyır və ölkəmiz Əfqanıstan hökumətinə müxtəlif sahələrdə öz yardım və dəstəyini göstərir. Bu baxımdan Prezident İlham Əliyev Əfqanıstanda sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə vermək məqsədilə keçən il ölkəmizin "Asiyanın Qəlbi-İstanbul Prosesi” çərçivəsində yüksək səviyyəli tədbirə ev sahibliyini etdiyini bildirdi.

Azərbaycanda nəqliyyat infrastrukturu, o cümlədən avtomobil və dəmir yolları, hava və dəniz limanlarına böyük həcmdə investisiya qoyulduğunu bildirən Prezident İlham Əliyev Azərbaycanın nəinki regionda, daha geniş məkanda ən güclü nəqliyyat infrastrukturuna malik ölkələrdən biri olduğunu dedi.

Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını bildirdi.

ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyons, ilk növbədə, dövlətimizin başçısına Bayraq Günü münasibətilə öz təbriklərini çatdırdı. O bildirdi ki, Azərbaycan ilə ABŞ arasında strateji əlaqələr çox böyük önəm daşıyır. Stefen Lyons Azərbaycanın Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına nəqliyyat sahəsinə böyük dəstək verdiyini və bunun yüksək qiymətləndirildiyini bildirdi. O, Əfqanıstanda xidmət etmiş hərbçi kimi Azərbaycanın bu ölkədə yüksək səviyyədə həyata keçirtdiyi işlərin şahidi olduğunu dedi.




İmza:

Dövlət qulluqçuların səlahiyyət müddəti məhdudlaşdırılacaq - Qanun layihəsi hazırlanır

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

İqbal Ağazadə müəllimləri kəskin tənqid etdi

Nikol Paşinyanın baş nazir olmağı Ermənistanda nəyi dəyişəcək? - Politoloqlar danışdı

Azərbaycan və Ermənistan sülhə hazırdımı? - SORĞU

Əflatun Amaşov: "Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə..."

GÖRƏN BUNLAR KİMƏ GÜLÜRLƏR

DÜNƏN EŞİTDİYİM ƏN XOŞ XƏBƏR

“Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib” - İranın Baş Qərargah rəisi

Ziyafət Əsgərov komitənin gündəliyini açıqladı

XİN-in əməkdaşları “ASAN xidmət”in təmin etdiyi məkanda yerləşəcəklər

Zakir Həsənov yenidən Məhəmməd Baqeri ilə görüşdü

SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK