Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | “Eurovision-2019” müsabiqəsində 42 ölkə iştirak edəcək Adalet.az | “Eurovision-2019” müsabiqəsində 42 ölkə iştirak edəcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

“Eurovision-2019” müsabiqəsində 42 ölkə iştirak edəcək

10851    |   2018-11-10 15:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gələn il İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək "Eurovision-2019” mahnı müsabiqəsində 42 ölkə iştirak edəcək.

Adalet.az müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

"Eurovision-2019” mahnı müsabiqəsinin şüarı "Dare to Dream” ("Arzularına sərbəstlik ver”) olacaq. İsrail bu müsabiqəyə ev sahibliyi etmək hüququnu "Eurovision-2018” müsabiqəsində müğənni Netta Barzilayın qələbəsindən sonra qazanıb.

Mahnı müsabiqəsində ölkəmizlə yanaşı, Albaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Ermənistan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Almaniya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Monteneqro, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya iştirak edəcək.

Xatırladaq ki, "Eurovision-2019” müsabiqəsində Azərbaycanın da iştirakı sentyabrın 18-də elan olunub.



İmza:
SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK