warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir film izle sakarya escort likit Adalet.az | "Bu gün qələbəyə inamım var idi" - Qurban Qurbanov Adalet.az | "Bu gün qələbəyə inamım var idi" - Qurban Qurbanov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Bu gün qələbəyə inamım var idi" - Qurban Qurbanov

5118    |   2018-11-09 03:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. "Vorskla”ya uğurlar arzulayıram”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə "Vorskla"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- Oyunboyu həyəcanlı görünürdünüz. İlk hissədə isə hakimdən nəsə soruşurdunuz...

- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.

- Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?

- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq.

- Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz...

- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burda qalibiyyət arzulayırdıq. Sadəcə, burda alındı.

- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişikilik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?

- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.

- 3-cü dəyişikliyə əl atmadınız...

- Bəli, dəyişiklik etmədim. Buna ehtiyac görmədim. Əvvəl düşünürdüm müdafiəçi buraxmağa. Amma oyun göstərdi ki, komanda bir-birini tamamlayır. Bu üzdən ehtiyac duymadım.

- Halldorssonun oyunundan razı qaldınızmı?

- Ondan razı qaldım. Komandaya kömək edirsə, razı qalmalıyam. Digər futbolçuların da hər birindən razıyam.

- Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, çətinləşdi. Çünki "Sportinq” səfərdə "Arsenal”la heç-heçə edib. Həm bizim, həm də "Vorskla”nın işi çətinləşdi. Yenə də ümid etməliyik. Biz sona qədər mübarizə aparacağıq.

- Hansı 3 vacib komponentdə rəqibi üstələdiniz ki, bunu Bakıda edə bilmədiniz?

- Futbol kollektiv oyundur. Məncə, komponentləri deməyim düzgün çıxmaz. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər və idman xarakteri nümayiş etdirdilər.

- Hər iki oyuna baxsaq, demək olarmı ki, komandalar eyni səviyyədə oyun göstərdi?

- Belə deməzdim. Komandaların fərqli oyun üslubu var. Eyni səviyyə deməzdim. Amma hər iki komanda yaxşı nəticə əldə etmək üçün oyun göstərir. Hər komandanın öz oyunu var. Bir-birimizdən zəif və güclü saymazdım.




İmza:
SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK