Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | “Azərkosmos”un yığılmış zərəri 308 mln. manatı keçib Adalet.az | “Azərkosmos”un yığılmış zərəri 308 mln. manatı keçib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Azərkosmos”un yığılmış zərəri 308 mln. manatı keçib

2519    |   2018-11-10 15:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azerkosmos”ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 676,223 mln. manat təşkil edib.

Adalet.az "Report” a istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15% çoxdur.

2017-ci ildə "Azərkosmos”un cəmi öhdəlikləri 8,7% artaraq 811,772 mln. manata çatıb, cəmi kapitalındakı çatışmazlıq isə 14,6% azalaraq 135,549 mln. manata düşüb. Qeyd edək ki, əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

2017-ci ildə "Azərkosmos”un satışdan gəlirləri 37,087 mln. manat (32,4% çox), xidmətlərinin maya dəyəri 33,727 mln. manat (10,5% çox), ümumi və inzibati xərcləri 8,248 mln. manat (27,2% çox), maliyyə xərcləri 13,808 mln. manat (83,8% az), maliyyə gəlirləri 5,205 mln. manat (0,2% az), digər xərcləri 2,608 mln. manat (bundan əvvəl gəlir olub) təşkil edib.

Son nəticədə "Azərkosmos” ötən ili 16,098 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 5 dəfə azdır. Bununla belə, şirkətin yığılmış zərəri 5,5% artaraq 308,154 mln. manat olub.

Xatırladaq ki, "Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610,6 min manatdır




İmza:
SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK