adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GƏNCƏYƏ YENi POLiS RƏiSi TƏYiN EDiLDi

AQİL ABBAS
33572 | 2007-11-27 08:22
Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov cənablarının imzaladığı əmrə əsasən Cəlilabad Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışan Rasim Musayev Gəncə Şəhər Polis İdarəsinin rəisi təyin edilmişdir. Peşəkar polis işçisi olan Rasim Musayev uzun illərdir ki, Daxili İşlər Orqanlarında xidmət edir. O, təcrübəli polis əməkdaşı olmaqla yanaşı, öz peşəkarlığı, cinayətkarlığa qarşı mübarizədə prinsipiallığı, həmçinin, polis əməkdaşları arasındakı şəxsi nüfuzuna görə həmişə diqqəti çəkmiş və yuxarı instansiyalar tərəfindən qiymətləndirilmişdir. Elə Sabunçu Polis İdarəsinin 15-ci bölməsinə rəhbərlik etdiyi dövrdə çoxsaylı cinayət törətmiş dəstənin aşkar edlməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında Rasim Musayevin bir bölmə rəisi kimi xüsusi xidmətləri olmuşdur. Ümumiyyətlə, istər Binəqədi Rayon Polis İdarəsi rəisinin I müavini, istər DİN-in İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi vəzifələrində çalışdığı müddətdə, eləcə də Cəlilabad Polis İdarəsinə başçılıq etdiyi son iki il ərzində Rasim Musayev özünü əsl polis zabiti kimi göstərmişdi. Həmkarları və ictimaiyyət arasında böyük nüfuz saibi olan Rasim Musayevin Azərbaycanın ikinci böyük şəhərinə yəni -

TƏQVİM / ARXİV