Əbülfət MƏDƏTOĞLU: ÖZÜM TƏK...
Qoruyuram canımla
Kədərlə ortaqlığı...
Bir damla sevinc qatır -
Hərdən bir ortalığı...
Sıralanan günümün,
Eynidi boy - biçimi...
Günlərin oxşarlığı -
Kirələyib içimi...
Bu axarın qoynunda
Üzürəm öz qibləmə...
Kədərim də özüm tək -
İpləmədi , ipləmə!..