ANA SƏHİFƏ / GÜNDƏM

METT BASBİ VƏ "MANÇESTER YUNAYTED"

1113    |   2018-11-08 22:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İngilis klublarından heç biri Mett Basbi kimi məşhur futbol məşqçisi ilə öyünə bilməz. Heç bir məşqçi də uzun müddət bir kluba rəhbərlik etməkdə onunla müqayisə edilə bilməz. Onun yetirmələri dünya futbolunun tanınmış simaları olub. Mett Basbi 1909-cu il mayın 26-da Şotlandiyada anadan olub. O, ikinci dünya müharibəsindən qabaq ölkə yığmasının yarımmüdafiəçisi olmaqla bərabər İngiltərənin "Liverpul" və "Mançester Siti" klublarında çıxış edib. 1945-ci ildən isə "Mançester Yunayted"də məşqçilik fəaliyyətinə başlayıb. "Old Trafford" stadionu bombardman nəticəsində tamamilə dağıldığı üçün "Mançester Yunayted" ev oyunlarını "Meyn Roud"da keçirməli olurdu. Üç ildən sonra Basbi İngiltərə futbolunda qabaqcıllardan sayılan güclü kollektiv yaratmağa müyəssər oldu. 1948-ci ildə onun rəhbərliyi altında "Mançester Yunayted" İngiltərə Kubokuna sahib çıxdı. 1950-ci ilin ortalarında "Basbinin övladları" (kluba belə ad qoyulmuşdu) iki il ardıcıl olaraq Avropa Çempionlar Kubokunun yarımfinalına çıxa bilmişdi. 1957-ci ildə Madridin "Real", 1958-ci ildə isə İtaliyanın "Milan" klubları ilə qarşılaşmada mançesterlilər məğlub olmuşdular. Həmin illərdə klubun yaradıcılıq uğurlarını Mett Basbinin adı ilə bağlayırlar. O, Birn, Kerri, Edvards, Teylor, Peyn və Koulmen kimi istedadlı futbolçular yetişdirib tərbiyə etmişdi.

Əfsanəvi komandanın
yaranması

Mett Basbi 25 il ərzində "Mançester Yunayted" klubunda yorulmadan fədakarcasına çalışıb, daim gənc istedadlar axtarışında olub. Onun həyatı demək olar, bütövlüklə klubun taleyi ilə bağlı olub. Əllinci illərdə "Mançester Yunayted"::in yeniyetmələrdən ibarət komandası beş il dalbadal İngiltərə Kubokunu qazanıb. Basbi həmin komandanın əsl gücünü yoxlamaq məqsədilə bütün he-yəti "Kilmarnon" komandasına qarşı meydana buraxır. Yeniyetmələr görüşü elə yüksək səviyyədə keçirdilər ki, Basbi bir neçə gündən sonra həmin heyətdən yeddi futbolçunu İngiltərə çempionatının növbəti oyunlarının birində əsas heyətə daxil etdi. Gəncləşmiş heyət ardıcıl olaraq səkkiz rəsmi matçda məğlubedilməz qalır. Beləcə əfsanəvi komanda yaranır. "Mançester Yunayted" 1956-57-ci illərdə İngiltərənin futbol fanatlarının məhəbbətini qazanır. Məşqçinin klubda apardığı "gəncləşdirmə siyasəti" öz bəhrəsini verməkdə idi. Yuxarıda adları çəkilən istedadlar arasında 16 yaşlı Dunkan Edvards xüsusilə seçilirdi. O, çox gənc yaşlarında ölkə yığmasında layiqli yerini ala bilmişdi. Lakin...

Taleyin amansız zərbəsi

1958-ci ilin mart ayında Çempionlar kuboku uğrunda matçdan sonra Belqraddan qayıdan "Mançester Yunayted" Münhen yaxınlığında taleyin amansız zərbəsinə məruz qalır. Klub təyyarə qəzasına düşür. Ölən və ağır yaralananlar arasında 12 futbolçu var idi. Mett Basbi və qapıçı Qreqq bir neçə həftə hospitalda həyatla ölüm arasında qalırdı. Baş verən hadisənin nəticəsini Basbiyə söyləyərkən həmin günü onun necə mənəvi əzab çəkdiyini heç kim təsəvvürünə gətirə bilməzdi. Sonralar Basbi həmin faciəni belə xatırlayacaq: "Mən bu acı həqiqəti eşidərkən, az qaldı ki, ağlımı itirəm. Sanki canlı meyidə çevrilmişdim. Belə ağır dəqiqələrdə insana kömək edən onun həyat təcrübəsi yox, dostlarının inamı, sevgisi və mənəvi dayaq durması olur. Həmin kədərli günlərə kimi insanların güclü qayğısını və isti münasibətini mən heç zaman görməmişdim".

Yenidən dirçəlişə

Lakin həyat davam edirdi. "Mançester Yunayted" başda Mett Basbi olmaqla fədakar əmək sayəsində tədricən əvvəlki qüvvəsini bərpa edə bildi. Klubun dirçəlməsinə baxmayaraq, Basbi heyəti gücləndirmək məqsədilə təzə futbolçuların alınmasını vacib sayırdı. Qəzadan salamat çıxanlar - Çarlton və Foulksdan əlavə Denis Lou, Corc Best və Con Aston kluba daxil edildilər.
Heç şübhəsiz, İngiltərədə digər futbol diktatorları olub, indi də istedadlı gəncləri üzə çıxarıb, böyük futbola vəsiqə verən məşqçilər var. Ancaq Basbi bu işi hamıdan yaxşı bacarırdı.
Qəzadan üç il sonra Basbinin yaratmış olduğu yeni komanda İngiltərə kubokunun final görüşündə "Blekpul" üzərində çox gözəl qələbə qazandı. O zamandan məşqçinin tətbiq etdiyi ef-fektli hücum üslubu "Mançester Yunayted"in vizit kartı oldu. Öz futbolçularından dinamik, həm də maraqlı hücum futbolu nümayiş etdirməyi tələb edən Basbinin rəhbərliyi altında "Mançester Yunayted" klubu 5 dəfə ölkə çempionu, 6 dəfə vitse-çempion, 2 dəfə İngiltərə Kubokunu qazana bilmişdi. 1971-ci ilə kimi Mett Basbi "Mançester Yünayted"in baş məşqçisi olmuş, sonra isə vitse-prezident səlahiyyətlərini yerinə yetirirdi. Basbinin Mançester futbolçuları ilə qazandığı uğurlar haqqında danışarkən, qəzadan on il sonra - 1968-ci ildə Avropa Çempionlar Kuboku turnirinin final matçında Portuqaliyanın "Benfika" klubu üzərində 4:1 hesablı qələbəsini xüsusi qeyd etmək lazımdır.

Basbi üçün layiqli hədiyyə

1968-ci il mayın 29-da Londonun "Uembli" stadionunda "Mançester Yunayted" və "Benfika" arasında keçirilən Avropa Çempionlar Kubokunun final görüşü turnirin tarixində en maraqlı oyunlardan biri kimi xatırlanır.
... Matçın sonuncu dəqiqəsi gedirdi. 103 min tamaşaçı italiyalı hakim Lo Bellonun final fitini gözləyirdi. Zərbə ... qapıçı topu geri qaytarır. Həmin an ingilis futbolunun bəxt ulduzu parladı. Eysebionun əla zərbəsi "Benfika"ya qələbə qazandıra bilərdi. Deyilənə görə, bu zərbə qarşısıalınmaz idi. Ancaq "Mançester Yunayted"in qapısını real qoldan xilas edən Stepni nəyə qadir olduğunu göstərdi. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdı. Oyunda birinci qolu Bobbi Çarlton baş zərbəsi ilə vurmuşdu. Portuqaliyalı Qrasa isə 85-ci dəqiqədə hesabda bərabərlik yaratdı.

30 dəqiqəlik əlavə vaxt və böyük hesablı qələbə!

Əlavə vaxtın birinci dəqiqəsində Corc Best fərdi əzmkarlıq sayəsində ikinci dəfə rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur etdi. Daha sonra həmin günü 19 yaşını qeyd edən Brayan Kiddin zərbəsini "Benfika"nın qapıçısı Enrike qaytarsa da, təkrar zərbədən sonra top qapı xəttini keçdi. Dördüncü topun müəllifi iki il əvvəl həmin stadionda ölkə yığmasının heyətində Dünya Kubokunu başı üzərində qaldıran kapitan Bobbi Çarlton oldu. Beləliklə, Mett Basbinin 1968-ci ildə faktiki olaraq yenidən yaratmış olduğu "Mançester Yunayted"in üçüncü heyəti Çempionlar Kubokunu qazanmış ilk ingilis klubu oldu. Münhen qəzasından on il sonra Mett Basbinin yetirmələrinin Avropa arenasındakı qələbəsi nəhayət ki, baş tutdu. Stadiona toplaşanların alqış sədaları "Basbi! Basbi! Basbi!" çağırışlarına qarışmışdı. Jurnalistlər matçın qəhrəmanını bütün heyəti veteranlarla bərabər gənc futbolçuları da qeyd edirdilər. Sonda çıxış etmək üçün söz alan Mett Basbi belə dedi: "Bu gün mən həyatımın ən xoşbəxt dəqiqələrini yaşayıram. Həm özümə görə, həm də bütövlükdə ingilis futbolu üçün qürur hissi keçirirəm. Birinci hissədəki gərginlik təbii idi, axı bu, Çempionlar kubokunun final matçı idi. "Benfika" kimi güciü rəqibə qalib gəlmək heç də asan məsələ deyil. Ürəyimin dərinliyində əlavə vaxtın mütləq olacağına inanırdım. Əmin idim ki, Həmin dəqiqələrdə qələbə topunu vurub kuboka sahib çıxa biləcəyik. Tale bizim əla komandamızdan üz çevirə bilməzdi". "Mançester Yunayted" aşağıdakı heyətdə çıxış etmişdi: - Stepni, Brenan, Foulks, Sadler, Dann, Krcrand, Çarlton, Staylz, Best, Kidd, Aston. Matç avropanın 29 ölkəsinə televiziya ilə yayımlandı. "Mançester Yunayted"in qazandığı qələbə digər ingilis klublarını da ruhlandırdı. Sonrakı on il ərzində ingilis klubları doqquz dəfə müxtəlif miqyaslı Avropa turnirlərinin final matçlarında çıxış etdilər.

Argentina klubu qələbəni bayram etdi

O zamandan "Mançester Yunayted" təkcə Avropanın yox, həm də dünyanın güclü klublarından biri hesab olunur. 1968-ci ilin sentyabr - oktyabr aylarında Mançester futbolçuları Qitələrarası Kubokun həlledici matçında Argentinanın "Estudiantes" klubu ilə iki dəfə qüvvələrini sınadılar. Yeri gəlmişkən, xatırladaq ki, Mançesterdə keçirilən matçda həmyerlimiz Tofiq Bəhramov baş hakimin köməkçisi idi. Cənubi Amerikadakı oyun 1:0 meydan sahiblərinin xeyrinə qurtarmışdı. Təkrar görüş isə 1:1 hesabı ilə başa çatdı. İki oyunun nəticəsinə görə Kubokun sahibi "Estudiantes" klubu oldu. Basbi məğlubiyyətin səbəbini bir neçə futbolçunun zədəli olması, Staylzın ilk matçda meydandan qovulması və bütövlükdə komandanın yorğunluğu ilə izah etdi.

Məşqçinin etirafı

Qeyd edək ki, "Mançester Yunayted" klubunun müharibədən sonrakı taleyi Mett Basbinin adı ilə bağlı olub. 25 ildən artıq klubun sükanı arxasında dayanan Basbi ona doğma olan komanda ilə bərabər həm xoşbəxt, həm də faciəli günlər yaşayıb. Bu illər ərzində digər ingilis klublarında 900 məşqçi dəyişikliyi olmuşdusa, təkcə Basbi öz işini yeganə klubda davam etdirirdi. Mett Basbi fəaliyyətinin əvvəlindən axırına kimi məşqçi - diktator olub. Bunu özü də etiraf etmişdi: "Mən kluba rəhbərlik etdiyim ilk gündən heç bir şübhə qoymadım. Əvvəlcədən bildirdim ki, bütövlüklə komandaya cavabdehəm və hər hansı bir nəticəyə görə məsuliyyət yalnız mənim üzərimə düşəcək. Çox şadam ki, məşqçilik etdiyim illər ərzində bir dəfə də olsa, klubun direktorları işlərimə kobud müdaxilə etməyiblər. Çox yaxşı ki, buna ehtiyac da olmayıb".
O, zaman gənc məşqçinin açıq etirafı klub direktorlarını o dərəcədə razı salmışdı ki, onlar həmin anda Basbi ilə beş illik müqavilə bağlamışdılar. Sonra isə həmin müqavilənin vaxtını üç dəfə uzatmalı olmuşdular. Basbi uzun illər Mançester klubunda öz ideyalarını tətbiq etməkdə davam edirdi. Ən başlıcası isə o, yenilməz inamını gənclər üzərində qururdu. O deyirdi: "Heç də həmişə istedadlı yeniyetmə əsl peşəkar kimi yetişmir. Əgər Siz yüz gənci yoxladıqdan sonra istədiyinizin birini tapsanız, o zaman razı qala bilərsiz. Odur ki, yorulmadan seçiminizi davam etdirin. Mən illər boyu seleksiya işi aparıram".

Basbinin uğurları çoxlarını təəccübləndirirdi

Mett Basbinin məşqçilik fəaliyyətinin faydalı iş əmsalının yüksək olması çoxlarını təəccübləndirirdi. Bəlkə burada bir sirr var? Mütəxəsislər bunu klub direktorlarının məşqçiyə böyük etimad göstərməsi və onun işlərinə heç bir müdaxilə olunmamasını əsas səbəb kimi gös-tərirdilər. Öz işində tam sərbəst buraxılan Basbiyə müvəffəqiyyət qazanmaq üçün müəyyən vaxt verilir və lazımi yardım göstərilirdi. Sübut üçün bir faktı misal gətirmək olar. Basbi klubun sükanı arxasına 1945-ci ildə gəlmiş olsa da, yalnız 1951-ci ildə onun yetirmələri ölkə çempionu oldular. Bundan sonra o,yenidən heyəti dəyişərək, 1955 və 1956-cı illərdə ardıcıl olaraq iki dəfə klubuna çempion adını qazandırdı.
Bir neçə il keçəndən sonra Mett Basbi çempionluğu əldə etmək üçün veteranları cavanlarla əvəzləyərək klubu dördüncü və beşinci dəfə ölkə birinciliyinin qalibi etdi.

Əmək fəaliyyətinə
fəhləliklə başlayıb

Deyilənə görə, "Mançester Yunayted" klubunun uğurlar qazanmasında Basbinin şəxsi həyatının da böyük rolu olub. O, əmək fəaliyyətinə adi fəhləliklə həftədə iki funt sterlinq qazanmaqla başlayıb.
Mançester klubunun rəsmiləri onu komandaya dəvət edib və həftədə beş funt məvacib verməyə başlayıb. Mett Basbi ötən günləri belə xatırlayırdı: "Futbolçu kimi mən ağır günlər yaşamışam və başqa oyunçuların da həyəcanlı günlər yaşamasının şahidi ol-muşam. O zaman mənə belə gəlirdi ki, məşqçi olsam, komandaya başqa cürə rəhbərlik etmiş olaram. Mən təkcə futbolçuların məşqçiyə hörmət etməsini tələb etməzdim, özüm də onlara hörmətlə yanaşardım".

Mançesterlilər
onu unutmurlar

Çoxları təsdiq edir ki, uzun illər "Mançester Yunayted"in ölkə birinciliyinin tumir cədvəlində ilk pillələrdə qərar tutması Mett Basbinin fəaliyyətinin nəticəsidir. Komandanın döyüşkən ruhu, qələbə əzmi və texnikalı oyunu başqa ölkələrdə də ona on minlərlə pərəstişkar qazandıra bilib. 1994-cü il yanvarın 20-də dünyasını dəyişən Mett Basbinin xatirəsini mançesterlilər həmişə dərin hörmətlə yad edirlər.



Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Əli Həsənov : Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir

İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yatırıb

Bakı şəhər Baş Polis İdarəsi ötən gün icazəsiz yürüş-mitinq keçirilməsi cəhdi ilə bağlı məlumat yayıb

“Beynəlxalq cinayət törədənlər cəzalandırılmalıdır” - Azay Quliyev

Prezident Oman və Latviya dövlət başçılarını təbrik edib

Azərbaycan Fransaya nota verdi

Dövlət Miqrasiya Xidmətində qısamüddətli təlim

Oqtay Əsədov Türkiyəyə gedəcək

DTX-nın 100 illiyi ilə bağlı medal təsis olundu

Faiq Ağayev o biri deputatlardan əksik deyil - SORĞU

Axır ki, öldüm, ay bala

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK