Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Hacı Baxşəli Əliyev Adalet.az | Hacı Baxşəli Əliyev Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hacı Baxşəli Əliyev

3200    |   2018-11-08 21:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qayıt

Yadıma düşübdü sənli günlərim,
Qəlbim həsrət çəkir, yanıma qayıt.
Saçına əlimlə sığal çəkəndə,
Feyziyab olduğum anıma qayıt.

Düşmüsən gör neçə vaxtdı aralı,
Yalqızam, qalmışam qəlbi yaralı.
Oduna yandığım dağlar maralı,
Rəhm elə alışan canıma, qayıt.

Sənsən mənə verən eşqi, ilhamı,
Söz verib olmusan ömrümün şamı.
Sevindir sən məni bayram axşamı,
Hörmət et adıma, sanıma, qayıt.

Çırpınır sinəmdə həsrətlə ürək,
Kədəri qəlblərdən sevinclə silək.
Gəl, birgə bu eşqin qədrini bilək,
Bax eşqlə qaynayan qanıma, qayıt.

Sənsiz günlərimi vermişəm bada,
Üz tuta bilmirəm bağa, bağata.
Sən də Baxşəlini düşün, sal yada,
Səninlə keçən o günümə qayıt.


Açmadı

Arzum ürəyimdə qurudu, qaldı,
Qanımla suladım, çiçək açmadı.
Sirri bilinmədi, bilmədim nədən,
Səbəbini sordum, ürək açmadı.

Vətəni yadına salıb arzular,
Vətənsiz xəyala dalıb arzular,
Qubadlı həsrətli qalıb arzular,
Cücərdi, boy atdı, ləçək açmadı.

Çox baxdım Vətənə uzanan yola,
Yolları bürüyən alağa, kola...
Kaş arzum gül kimi ətirlə dola,
Sinəmi eylədim dibçək, açmadı.

Baxşəli, ömrünə gəlmədi bahar,
Nə qoydun özündən qeyri yadigar?
Qəlbində çağlayan istək, arzular,
Çox heyif, olmadı gerçək, açmadı.


Qaldıq

Torpaqlar itirdik, ellər itirdik,
Şuşa əldən getdi, qalasız qaldıq.
Vətəndə təkləndi şəhid Xocalı,
Atasız, qardaşsız, balasız qaldıq.

Kəsildi, doğrandı qol-qanadımız,
Qanla ləkələndi məğrur adımız.
Heç qırılmasa da sərt inadımız,
Çəmənsiz, çiçəksiz, lalasız qaldıq.

Necə əsir düşdü qədim Qarabağ?...
Sahibin haraylar hər bağça, hər bağ.
Bizdən incik düşüb Kəpəz, Dəlidağ,
Biz dağsız, meşəsiz, talasız qaldıq.

Sevinc əldən getdi, qəmə yoldaşıq,
Gözümüzdə donan nəmə yoldaşıq,
Çiskinə, dumana, çənə yoldaşıq,
Batdı günəşimiz, şöləsiz qaldıq.

Daha yox bir kimsə, səs verə səsə,
"Vətən", "Vətən" deyib gələ həvəsə.
Hamı sərvət üçün giribdi bəhsə,
Aldandıq, Baxşəli, Lələsiz qaldıq.

Eşqi

Ürəyinə qurban olum,
Saxla orda pünhan eşqi,
Sənli, sənsiz olsam belə,
Həm alışıb, yanan eşqi.

Əziz saxla ürəyində,
Ömr eləsin diləyində,
Arxan olsun kürəyində,
Bu dəryayi-ümman eşqi.

Sən ömrümün gül-çiçəyi,
İlahidəndi istəyi.
Budur səndən tək diləyi,
Eylə dərdə dərman eşqi.

Baxşəlinin dövlət, varı,
Sənin kimi gözəl yarı,
Çox çəkməz bu intizarı,
Unutmaz, ey canan, eşqi.


Gəlirəm

Ay məni özünə bənd edən gözəl,
Yola rəvan oldum, gözlə, gəlirəm.
Əsən küləklərdən ətrimi al, döz,
Ürəyim doludu sözlə, gəlirəm.

Daha son qoymuşam vəsli-hicrana,
Alışıb-yanmışam misli-pərvana.
Eşqinlə girmişəm bəhsi-meydana,
Sinəmdə üçtelli sazla gəlirəm.

Sənsiz boş qalıbdı könül sarayım,
Qərara gəlibdi səni arayım.
Aləmi bürüyüb səsim, harayım,
Qarşıla sən məni nazla, gəlirəm.

Bağçanı bəzəyib çiçəklər, güllər,
Şən nəğmə oxuyur şeyda bülbüllər.
Keçib gül solduran soyuq fəsillər,
Xəzanı ötürüb, yazla gəlirəm.

Baxşəli qurbandı səntək dilbərə,
Səni sevdiyini deyib bir kərə.
Quştək qanad açıb, qalxıb göylərə,
Qoşulub durnayla, qazla gəlirəm.


Yazıram

Kim nə deyir ünvanıma, qoy desin,
Eşq əhliyəm, məhəbbətdən yazıram.
Sona qədər eşq yolunda can verən
Aşiqlərdə dəyanətdən yazıram.

Yar cəfasın, işvə-nazın görmüşəm,
Sevgim ilə sevgisini dərmişəm!
Yar istəyib, canı qurban vermişəm,
Qəlbimdəki səxavətdən yazıram.

Sevgi nədir, eşq də nədir, bilirəm,
Eşq yolunda can verirəm, ölürəm.
Sədasına uça-uça gəlirəm,
Ortalıqda sədaqətdən yazıram.

Baxşəliyəm, eşq gölündə üzürəm,
Yar gələndə, yola çiçək düzürəm.
Başı üstə tərlan kimi süzürəm,
Məndə olan rəşadətdən yazıram.


Təklif

Cahil insan səbr eləməz, tələsər,
İş dolaşıb, gər gedərsə tərsinə.
Xəmir sıyıq olsa, kündə küt gedər,
Öz günahın yazar dərhal ərsinə.

Rəvac verdi dünya şərə, böhtana,
Haqsız yerə düşdü neçə mərd, qana.
Fikr eləyib, mən də çəkdim dərd, Ana,
Dözərmi bu dərdə, denən, hər sinə?

Dağ güvənər başındakı qarına,
Bağban baxar bağındakı barına.
Aşiq olan, yetişməsə yarına,
Gəlib-getsin Baxşəlinin dərsinə.



İmza:
SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK