ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Frutik Qriqoryana gecikmiş açıq məktub

1399    |   2018-11-08 21:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

("Prokuror Roman kimi həyat" kitabının "Tariximiz və keçmişimiz" bölməsindən )

(əvvəli ötən sayımızda)

10. Xatirimdədir,canıyananlıqla deyirdin ki,Şah İsmayıl 500 illik Şirvanşahlar dövlətini tarix səhnəsindən silib.Bildirirəm ki,dövlətin tarixi tipləri var.Feodal istehsal üsuluna və ənənələrinə əsaslanan orta əsr dövlətlərində mərkəzdən qaçma və mərkəzə qaçma meyilləri güclü olmuşdur. Müəyyən tarixi şəraitdə bir nəfər çıxır, xırda feodal dövlətlərini özünə tabe etmək yolu ilə mərkəzləşmiş dövlət qurur. Həmin zamanda Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaratmaq missiyası Şah İsmayıla nəsib oldu.Niyə Fransada,İngiltərədə,Almaniyada,Rusiyada,Osmanlıda mərkəzləşmiş dövlət qurub yaradanlar alqışlanır, qəhrəman elan edilir,sən isə taleyin bizə bəxş etdiyi ən şanlı-şöhrətli məqamımızı və şəxsiyyətimizi heçə endirməyə çalışırsan.Ona görə ki, e r m ə n i s ə n?!
11. Sah İsmayıl əsl türk oğlu türkdür.4 mln.kv.km. ərazisi,iki paytaxtı-yayda Təbriz, qışda Bağdad olan imperiyada dövlət dili türk dili olub.73 əmirlikdən 72-nin başçısı türk idi.Osmanlı sultanları yalnız fars dilində yazıb yaradırdılar.Sah İsmayılın yaradıcılığının əsasını türk dili təşkil edirdi.Osmanlıda saray dili yazışmalar ərəb, fars dillərində aparıldığı halda,Səfəvi dövlətində bütün daxili yazışmalar türk dilində aparılırdı. Gör Şah İsmayıl gələcək nəsillərə necə müraciət edir. -"Ey Türk oğulları!Dilinizin bir sözünü dünyanın heç bir dilinə,bir ovuc torpağını dünyanın heç bir dövlətinə dəyişməyin.Onu qoruyun və gələcək nəsillərə göndərin!"

Nəriman Nərimanov

Hörmətsiz və urvatsız, Frutik!
Nəriman Nərimanov haqqında da çox hədyanlar danışmısan.Məsələn, yadımdadır deyirdin ki,N.Nərimanov sizin millətinizə xəyanət edib,bolşeviklərlə də ikili oyun oynayıb ,əslində o bolşeviklərə də xəyanət edib,bir çox adamlarınızın güllələnməsinə icazə verib,Dağlıq Qarabağ və Naxçıvan məsələsində düzgün mövqe tutmayıb və.s.
Hörmətsiz Frutik, bu məsələdə də fikirləriniz yanlışdır. 1. Millətimin dağ boyda şəxsiyyətlərini heçə endirib,özünüzün qoz boyda səxslərinizi dağa döndərməyinizi başa düşürəm.Amma yel qayadan nə aparar? 1920-ci ilin sentyabr ayında Bakıda şərq xalqlarının birinci qurultayında iştirakçılar yekdilliklə N.Nərimanovu sədr seçmişdilər.Qurultay "Əzilən və istismar olunan şərq xalqlarına" müraciət qəbul etmişdi.Həmin müraciət ölkələrə və təşkilatlara N.Nərimanovun imzası ilə göndərilirdi.Ona şərqin Lenini deyirdilər.
2. Bolşeviklərin hakimiyyətə gəlməsi dünyəvi prosesin tərkib hissəsi idi.Onun qarşısını almaq mümkün deyildi.
3. Həmin dövrdə ali qanunvericilik və icra hakimiyyətini özündə birləşdirən və tərkibi yalnız azərbaycanlılardan ibarət olan İnqilab Komitəsinin sədri N.Nərimanov olmasaydı da, hansısa bir azərbaycanlı olacağdı.Məsələn, Əliheydər Qarayev.
4. N.Nərimanov heç vaxt bolşevik hərəkatında iştirak etməyib.Onun yaratdığı social-demokrat təmayüllü "Hümmət"partiyası yalnız 1920-ci ilin mart ayında bolşeviklərlə birləşib.
5. Həmin dövrdə digər respublikaların İnqilab Komitə sədrləri, necə deyərlər, meydandan gəlmişdilər.N.Nərimanov isə həkim,yazıçı,siyasətçi olmaqla əsl ziyalı idi. Məhz bu fərqli xüsusiyyətlərinə görə o,tarixdə yeganə adam olub ki,Qafqazda üç respublikanı birləşdirməyə nail olmuşdu.Başqa sözlə, hər üç respublika -Azərbaycan,Ermənistan və Gürcüstan N.Nərimanovun liderliyini və böyüklüyünü qeyd-şərtsiz qəbul etmişdi. O,Zaqqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sədri idi.30 dekabr 1922-ci ildə yaranmış SSRİ MİK-nin 4 həmsədrindən biri idi.
6. Leninin yazılarında tənqid və təhqir etmədiyi 3 nəfər olub.Q.Plexanov,Parvus ləqəbli Qelfand və N.Nərimanov.
7. Üzeyir bəyi,Hacı Zeynalabdin Tağıyevi və yüzlərlə dəyərli insanlarımızı bolşevik gülləsindən N.Nərimanov qurtarıb.1920-ci ilin iyun ayında Gəncədə böyük Azərbaycan ziyalısı Firidun bəy Köçərli əksinqilabı fəaliyyətdə təqsirli bilinərək, məhkəməsiz güllələnmişdi.Bundan xəbər tutan N.Nərimanov müstəntiqin qərarını təsdiq edən Xüsusi bölmənin rəisi Libermanı həbs etdirib,güllələtdirmişdi.(Təəsüf ki,F.Köçərlinin güllələnməsi barədə qərarı fövqəladə komissaar kimi Həmid Sultanov da imzalamışdı.)
8. Qazaxıstan və Orta Asiya respublikaları,həmçinin Rusiya Federasiysının müsəlman, türk xalqları yaşayan muxtar respublikalarının (Dağıstan, Başqırdıstan və.s.) heç birində keçən əsrin 80-ci illərinədək öz dillərində ali təhsil müəssisəsi olmayıb.(Pedoğoji institutu çıxmaq şərti ilə).Azərbaycanın 14 təhsil müəssisəsinin hamısı ana dilində olub.Bu yolu ADR başlayıb , Nərimanov və M.C.Bağırov inkişaf etdirib.
9.1917-ci ilin oktyabr ayında bolşeviklər sol eserlərlə koalisiya təşkil edib hökumət qurmuşdular.Bu müttəfiqlik 06 iyun 1918-ci ilə qədər davam etdi.Sol eserlərin lideri Spiridonovanın rəhbərliyi ilə baş tutmayan qiyamı bəhanə edərək, həmin partiyanın da fəaliyyəti qadağan edildi. Sizin daşnaksütün və Gürcülərin menşevik partiyası da sovet hakimiyyəti qurulan kimi bağlandı. bolşeviklər Azərbaycanda hakimiyyətə gələndən sonra Lakin mənim N.Nərimanovumun dəstəyi ilə Sol Müsavat partiyası 1923-cü ilə kimi fəaliyyət göstərdi.
10. 1921-ci ildə Naxçıvanın statusu ilə əlaqədar Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında Moskva və Qars müqavilələri bağlanmışdı.Hər iki müqavilənin hazırlanmasında ruslarla görüşə gedən Türk nümayəndə heyəti N.Nərimanovun yanında olmuş,onun tövsiyə və məsləhətlərini dinləmişdilər.
11. 04 iyul 1921-ci ildə N.Nərimanovun da daxil olduğu bolşeviklər partiyasının 7 nəfərdən ibarət Zaqafqasiya bürosu mərkəzin nümayəndəsi Stalinin iştirakı ilə Dağlıq Qarabağın statusu ilə əlaqədar məsələ müzakirə edirlər. 4 nəfər lehinə,3 nəfər əleyhinə olmaqla Dağlıq Qarabağın Ermənistan Respublikasına verilməsi barədə ilkin qərar qəbul edilir.Səhərisi günü büro həmin tərkibdə yığışıb məsələyə təzədən baxır.4 nəfər lehinə 3 nəfər əleyhinə olmaqla Dağlıq Qarabağın Azərbaycan Respublikasına verilməsi barədə yeni qərar qəbul edilir.Mövqeyini-səsini dəyişən kim olur?-Birinci müzakirədə ermənilərin xeyrinə xüsusi canfəşanliq göstərmiş Orconikedze.Orconikedzeyə kim təsir edə bilərdi?-Stalin!Stalinə kim təsir edə bilərdi?-Lenin!Leninə kim təsir edə bilərdi?-Əlbətdə, N.Nərimanov!
Aşağıda həmiin protokolların arxivdən çıxarılmış surətini oxucuların müzakirəsinə təqdim olunur.
İz protokola №11
veçerneqo zasedaniə Plenuma Kavbörö ÜK RPK ot 4 iölə 1921 q.
Prisutstvovali: çlenı ÜK RPK: Stalin, çlenı Kavböro: tt. Ordjonikidze, Maxadze, Narimanov, Məsnikov, Kirov, Nazaretən, Oraxelişvili i Fiqatner. Sekretarğ Kavböro komsomola Breytman. Çlenı ÜK Qruzii: Üinnadze, Mdivani i Svanidze.
Sluşali:
1. Karabaxskiy vopros.
Pri obsujdenii gtoqo voprosa vıəvilisğ dve toçki zreniə i bıli postavlenı na qolosovanie sleduöhie voprosı:
a) Karabax ostavitğ v predelax Azerbaydjana.
Postanovili:
Qolosuöt za: Narimanov, Maxaradze, Nazaretən.
Protiv: Ordjonikidze, Məsnikov, Kirov, Fiqatner.
b) Naqornuö çastğ Karabaxa vklöçitğ v sostav Armenii/ Qolosuöut za: Ordjonikidzade, Məsnikov, Fiqatner, Kirov.
q) plebisüit provesti tolğko v Naqornom Karabaxe, t.e. sredi armən.
Qolosuöt za: Ordjonikidze, Məsnikov, Fiqatner, Nazaretən Postanovleno: Naqornıy Karabax vklöçen v sostav SSR Armenii, plebisüit provesti tolğko v Naqornom Karabaxe.
2. Zaəvlenie tov. Narimanova v vidu toy vajnosti, kotoruö imeet Karabaxskiy vopros dlə Azerbaydjana, sçitaö neobxodimım perevesti eqo na okonçatelğnoe reşenie ÜK RPK.
Vvidu toqo, çto vopros o Karabaxe vızval serğeznoe raznoqlasie, Kavböro ÜK RPK sçitaet neobxodimım perenesti eqo na okonçatelğnoe reşenie ÜK RPK.
Pri qolosovanii po voprosu o Karabaxe (tov. Oraxelaşvili otsutsvoval). p.p. Sekretarğ Kavböro ÜK RPK Fiqatner.
Verno: Upravdel
Verno: podpisğ
İz protokola №12
Zasedaniə Plenuma Kavböro ÜK RPKot 5 iölə 1921 q.
Prisutstvuöt: Çlen: ÜİK RPK Stalin, çlenı Kavböro: tt. Ordjonikidzade, Kiro, Nazaretən, Oraxelişvili, Fiqatner, Narimanov, Məsnikov.
Narkomindel ASSR Quseynov.
Sluşali:
1. Tt. Ordjonikidzade i Nazaretən vozbujdaöt vopros o peresmotre postanovleniə predıduheqo Plenuma o Karkbaxe.
Postanovili:
İsxodə iz neobxodimosti naüionalnoqo mira mejdu musulğmanami i armənami i gkonomiçeskoy svəzi verxneqo i nijneqo Karabaxa, eqo postoənnoy svəzi s Azerbaydjanom Naqornıy Karabax ostavitğ v predelax ASSR, predstaviv emu şirokuö oblastnuö avtonomiö s administrativnım üentrom v q. Şuşe, vxodəhey v sostav avtonomnoy oblasti.
Qolosuöt: 4; vozderjalosğ 3
b) poruçit ÜK Azerbaydjana, opredelitğ qraniüı avtonomnoy oblasti i predstavitğ na utverjdenie Kavböro ÜK RPK.
v) poruçitğ Prezidiumu Kavböro ÜK pereqovoritğ s ÜK Armenii i ÜK Azerbaydjana o kandidate na Çrezvıçkoma Naqornoqo Karabaxa.
q) obcem avtonomii Naqornoqo Karabaxa opredelitğ ÜK Azerbaydjana i predstavitğ na utverjdenie Kavböro ÜK.
Sekretarğ Kavböro ÜK RPK Fiqatner S podlinnım verno: Upravdel.
12. N.Nərimanovun qurtuluş savaşına da böyük töhfələri olub.
Atatürk ona göndırilmiş 500 kq qızıl və 10 milyon qızıl rublun müqabilində təşəkkür məktubu yazarkən N.Nərimanov belə cavab verir:-"Paşam biz türklərdə qardaş qardaşa borc verməz.Qardaş qardaşın əlindən tutar."
13. N.Nərimanov öz millətini çox sevirdi.Təsadüfi deyil ki,1937-1938ci illərdə millətçiliyə görə repressiyaya məruz qalanlara Nərimanovçu,Nərimanovçuluq (Narimanovşina) damğası vurulurdu.
14. Tarix boyu böyük imperiyalar dağıldıqdan sonra yerində yaranmış dövlətlər imperiya təxəyyülündən əl çəkə bilməyiblər.1902-ci ildə yaranmış bolşeviklər partiyasının hakimiyyətə gələrkən 200 minə yaxın üzvü olub.Onların içərisində müsəlman-türk millətindən çox az sayda adam var idi.Bolşevik hərəkatına sonradan qoşulduğu üçün partiyanın ali rəhbərliyində N. Nərimanov demək olar ki,tək idi.Arxasız idi.Belə vəziyyətdə bir siyasi xadimdən bundan artıq nə tələb etmək olardı?

Səməd Vurğun

Səməd Vurğun haqqında deyirdin ki,işi-gücü Stalini, partiyanı vəsf etmək olub.Bu fikrin də kökündən yalnışdır.Doğrudur Səməd Vurğun da digər sənətkarlarımız kimi zamanın qadağaedici və cəzaverici siyasəti şəraitində, "formaca milli, məzmunca sosialist"qaydalar çərçivəsində partiyaya, rəhbərə şeirlər həsr edib.Amma yaltaqlıq naminə deyil, inandığı üçün!

Bəşərin vicdanı, eşqi, ürəyi
Fikri,düşüncəsi,zehni,diləyi
Bütün yer üzünün xoş gələcəyi
Hər zövqü, səfası, partiyamızdır.

Məgər bu şeiri Səmədin öz sözləri ilə desək, "ilham pərisi gonaq gəlmədən" yazmaq olardımı?! Çox düşündüm.Əcəba, Səmədin nəyi və harası xoş gəlmirdi sənə, Frutik?
16 yaşında "Solğun çiçəklər"- lə ədəbiyyata gələn böyük dramaturqumuz Cəfər Cabbarlının istedadı heç də Səməddən az olmayıb.O pyeslərini adətən üç-dörd gün ərzində yazarmış. Doğrudur, C.Cabbarlı "rəhbərə salam göndətməyib",lakin yaradıcılığının böyük hissəsini sosializm quruluşunun üstünlüklərinə həsr edib.Amma heç Cəfərim haqqında bir dəfə də olsun mənfi fikir söyləmirdin,ay Frutik.

(ardı gələn sayımızda)

Ələmdar Məmmədov
Təqaüddə olan
baş ədliyyə müşaviri



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK