ANA SƏHİFƏ / GÜNDƏM

ŞƏKİ: VƏTƏNƏ MƏHƏBBƏTİN ƏBƏDİ YADDAŞ KODU

1221    |   2018-11-08 21:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
"Azəravtoyol" ASC-nin sifarişi ilə Şəki - Kiş kəndi - Marxal istirahət zonasına gedən umumi uzunluğu 7,2km. olan avtomobil yolunun torpaq yatağı hazırlanmış, asfalt örtüyü salınmış beton arxlar, piyada səkiləri, istinad divarlarının tikintisi aparılmış, yol kənarına 300 dən çox ağac əkilmişdir.
"Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli 3264 nömrəli Sərəncamına əsasən Kiş kəndində "Kiş Alban məbədi"nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması işinin qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılması üçün zəruri tədbirlər görülür.
Yaxın günlərdə Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyi və Bayraq Meydanının, " ASAN Həyat " kompleksinin, " ABAD" xalq tətbiqi sənət mərkəzinin, 80 yerlik uşaq evinin,11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən 50,9 km uzunluğunda yolun, Şəki- Kiş avtomobil yolunun açılışı nəzərdə tutulmuşdur.
Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunan geniş iclasında Prezident qanunsuz tikililərə qarşı ciddi mübarizənin olduqca vacib bir məsələ olduğunu vurğulayaraq demişdir: " Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm..... Bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək".
Yerlərdə araşdırmalar aparılarkən qanunsuz tikilmiş qeyri - yaşayış obyektlərinə və fərdi yaşayış evlərinə heç bir əsas olmadan elektrik və qaz xətləri çəkilmişdir ki, bu halda da qanunun tələbləri pozulmaqla rayon ərazisində şəhərsalma sahəsində bir xaos yaratmış, tikinti tələblərinin pozulması hallarının artmasına gətirib çıxarmışdır. Odur ki, xidmət sahələrinin rəhbərləri bu sahədə öz işlərində ciddi dönüş yaratmalı və qanunun tələblərinə uyğun tədbirlər görməlidirlər.
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır . Şəkinin təhsil işçiləri də gənc nəslin təlim-tərbiyəsi, onların kamil insan və hərtərəfli şəxsiyyət kimi yetişməsi işini şərəflə yerinə yetirir. Sevindirici haldır ki, rayonumuzun şagirdləri bir çox Respublika səviyyəli müsabiqələrdə böyük uğur qazanmışdır. 2018-ci tədris ilində Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1733 məzundan 1279 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 888 nəfəri artıq tələbə adını qazanmışdır. Bu məzunlardan 215 nəfəri 500 baldan yuxarı, 81 nəfəri 600 baldan yuxarı nəticə göstərənlərdir. Məzunlarımızın ən çox seçdikləri ali məktəblər Azərbaycan Dövlət Tibb Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatik Akademiyası və sair nüfuzlu ali məktəblərdir.
Şəki təhsilinin əldə etdiyi uğurlar dövlətimiz tərəfindən həmişə olduğu kimi, bu il də yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə şəhər 1 №-li tam orta məktəbin müəllimi Cabbarova Tahirə "Tərəqqi" medalına, şəhər 10 №-li məktəbin müəllimi İbrahimova Sevil isə "Əməkdar Müəllim" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 mart 2018-ci il tarixli Sərəncamı ilə bu il rayonun Çapağan, Aşağı Daşağıl, Yeni Göynük, Daşbulaq və Öyrət kəndlərində yeni modul tipli məktəbin tikintisi nəzərdə tutulmuşdur. Müddət ərzində təhsilin keyfəyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır.
Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2018-ci ilin 9 ayında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür.
2018-ci ilin 9 ayında mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran məsələlərə həsr olunan iclasında çıxış edən cənab Prezident ölkəmizdə turizmin inkişafı ilə bağlı bir sıra problemlərin olduğunu xüsusi vurğulamış , bu əhəmiyyətli sahənin inkişafı ilə bağlı konkret tapşırıqlar vermişdir.
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. Şəkidə il ərzində xalqımızın zəngin mədəni irsinin təbliğinə həsr olunan müxtəlif festivalların keçirilməsi də rayonda turizmin inkişafına əhəmiyyətli dərəcədə kömək göstərmişdir. Prezident İlham Əliyevin , YUNESKO- nun xoşməramlı səfiri Mehriban xanımın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. Hazırda "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində turizm imkanlarının daha da gücləndirilməsi istiqamətində iş aparılır. Qeyd etmək istəyirəm ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyanın təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdu. Bu məqsədlə bu il martın 29-da Şəki şəhərində UNESCO-nun ekspertləri ilə şəhər rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə layihə ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək planlar müzakirə olunmuş, Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irsin qorunması , ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur. Bu günlərdə Şəkidə səfərdə olan İtaliyanın Mədəni İrsin Araşdırma Mərkəzinin ekpertləri YUNESKO-nun ölkəmiz tərəfindən təqdim edilən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiya üzrə müvafiq sənədlər toplusunun yekun variantını hazırlamaq üçün Şəki şəhərinə səfər etmişlər. Şəki şəhər icra hakimiyyətində keçirilən görüş zamanı ekspertlər YUNESKO-nun Ümumdünya İrs Komitəsinin qərarının icrası ilə bağlı görülmış işlərdən razı qaldıqlarını bildirmişdilər.
Şəki şəhər icra hakimiyyəti tərəfindən Şəkinin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür.
2018-ci ilin 9 ayında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 192 cinayət hadisəsi qeydə alınmışdır. Qeydə alınan cinayətlərdən 98,4 faizinin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 33 fakt aşkar edilmişdir.
2018-ci ilin 9 ayında 214 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 33 səyyar qəbul keçirilmiş, 233 nəfər vətəndaş dinlənilmiş ,284 müraciət səsləndirilmişdir. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 2056 müraciət daxil olmuşdur ki, onlardan da 912 ədədi respublikanın yuxarı orqanlarından, 1144 ədədi isə birbaşa vətəndaşlar tərəfindən daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 1970 ədədi ərizə, 82 ədədi şikayət, 4 ədədi isə təklif olmuşdur. Daxil olan müraciətlərin 180 ədədi müsbət, 32 ədədi qismən həll edilmiş, 1434 ədədi ilə bağlı müvafiq izahat verilmiş, 3 ədədi əsassız sayılmış, 251 ədədi baxılmaq üçün aidiyyatı orqanlara göndərilmiş, qalanı isə icradadır. Müraciətlərin əksər hissəsini fərdi yaşayış evlərinin təmiri , təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi , maddi yardım göstərilməsi , mənzillə təmin olunma , kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı torpaq sahəsinin ayrılması , işlə təmin olunma , fərdi yaşayış evlərinin tikintisi ,yolların təmiri və sair ilə bağlıdır.
Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunan geniş yığıncağında cənab Prezident demişdir: " Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdədir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin" .




Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

Əli Həsənov : Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir

İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yatırıb

Bakı şəhər Baş Polis İdarəsi ötən gün icazəsiz yürüş-mitinq keçirilməsi cəhdi ilə bağlı məlumat yayıb

“Beynəlxalq cinayət törədənlər cəzalandırılmalıdır” - Azay Quliyev

Prezident Oman və Latviya dövlət başçılarını təbrik edib

Azərbaycan Fransaya nota verdi

Dövlət Miqrasiya Xidmətində qısamüddətli təlim

Oqtay Əsədov Türkiyəyə gedəcək

DTX-nın 100 illiyi ilə bağlı medal təsis olundu

Faiq Ağayev o biri deputatlardan əksik deyil - SORĞU

Axır ki, öldüm, ay bala

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK