adalet.az header logo
  • Bakı 17°C
10 Noyabr 2018 15:23
15947
İDMAN
A- A+

"Qalatasaray"ın futbolçusu qızından imtina edib

"Qalatasaray”ın "Everton”dan icarəyə götürdüyü Henri Onyekurunu köhnə sevgilisi Melissa Krot məhkəməyə verib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, buna səbəb, 21 yaşlı futbolçunun köhnə sevgilisindən dünyaya gələn qızından imtina etməsi olub.

Məhkəmə gənc futbolçuya atalıq hüquqlarını yerinə yetirmədiyi səbəbi ilə 10 min avroluq pul cəzası verib. O, qarşıdakı aylarda yenidən pul ödəməli olacaq.

Qeyd edək ki, nigeriyalı hücumçu təyin olunan pulu ödəməsə, həbs oluna bilər.