adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Noyabr 2018 15:17
9395
MƏMLƏKƏT
A- A+

Bu il Bakıda iki yeni metrostansiya açılacaq

Hazırda Metropolitenin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur.

Bunu "Bakı Metropoliteni” QSC-nin İstismar üzrə Baş mühəndisi Əlixan Osmanov bildirib.

Qurum rəsmisi bəzi çətinliklərin olduğunu vurğulayıb:

"Metropolitenin baş layihəçisi olan Fransanın "SYSTRA” şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub. Qısa müddətdə "Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur”.

Onun sözlərinə görə, Bənövşəyi xətin digər stansiyalarının tikintisində işlər davam etdirilir.