ANA SƏHİFƏ / MƏMLƏKƏT

Rüfət Elçiyev: “ABAD”ın üzvlərinin sayı 315-ə çatıb

2476    |   2018-11-08 16:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Növbəti ildə Bakının Nardaran qəsəbəsində "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək.

Bunu jurnalistlərə açıqlamasında "ABAD”ın direktoru Rüfət Elçiyev deyib.

Onun sözlərinə görə, bu ilin oktyabr ayının 29-da Şəkidə "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi açılıb. Belə bir mərkəz Nardaranda da açılacaq.

Müsahib vurğulayıb ki, "ABAD” artıq iki ildir ki, fəaliyyət göstərir və artıq üzvlərin sayı 315-ə çatıb. Onlardan 45-i kənd təsərrüfatı istehsalı ilə, 270-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olur.

Ümumiyyətlə isə ABAD bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Bura təkcə kənd təsərrüfatı, sənətkarlıq deyil, digər sahələri də daxildir.

Qeyd edək ki, "ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK