adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
09 Noyabr 2018 15:49
11592
DÜNYA
A- A+

ABŞ-da YENƏ ATIŞMADI

Amerika KİV-ləri Los-Anceles yaxınlığındakı Tauzend-Ouks şəhərinin barında yenidən atışma ilə bağlı məlumatlar yayıb. Yaralılar barədə məlumatlar yayılsa da, ölənlərin də olduğu istisna edilmir.

«Los-Anceles Times»in şahidlərin ifadəsinə əsasən yaydıqları məlumatda bildirilir ki, naməlum şəxs saat 23.30 radələrində bara girərək atəş açmağa başlayıb. Təxminən 30 güllə atıldığı bildirilir.

Polis ən azı 6 nəfərin yaralandığını qeyd edib. Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisə yerinə gələn polis əməkdaşları hücum etməkdə şübhəli bilinən şəxsə silah işlətmək məcburiyyətində qalıb. Qarşılıqlı atışma nəticəsində 1 nəfər hüquq-mühafizə orqanının əməkdaşı yaralanıb. Atəş açanın tutulması ilə bağlı hələ ki heç bir xəbər verilmir.

Son vaxtlar ABŞ-da atışmalarla bağlı xəbərlər çoxalıb. Demək olar ki, hər həftə sosial şəbəkələrdə silah satışına məhdudiyyətlər qoyulması ilə bağlı vətəndaşlar tərəfindən tələblər irəli sürülür. ABŞ-ın keçmiş prezidenti Barak Obama bu məsələ ilə bağlı qanunların sərtləşdirilməsinə çalışsa da, Trampın da üzvü olduğu Respublikaçılar Konqresdə bütün cəhdlərlə bunun qarşısını alıb. Hazırki ABŞ lideri Donald Tramp isə silah əldə etməklə bağlı qaydaları dəyişmək fikrində deyil.