adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Noyabr 2018 19:56
10786
MƏMLƏKƏT
A- A+

BİZ NİYƏ BU GÜNƏ QALDIQ, AY DƏDƏ?!

Özəl televiziya kanallarımız kefdi ey başdan-ayağa. Millətdə nə abır-həya qaldı, nə də üzünün suyu. O gün baxıram 82 yaşlı bir kişi çıxıb televizyona, 76 yaşlı arvadının ona xəyanət etməsindən danışır. Çərləməyəsən-neyləyəsən.

Həmin gün başqa bir kanalda bir xanım əriylə dava-qırğındadı və ərinə deyir ki, doğduğum uşaq səndən deyil.

Vallah, məni qınamayın, elə bil bu xalqın ayıbını Sovet hökuməti örtürmüş.

Bütün özəl telekanallarda eyni mövzuya həsr olunmuş müxtəlif adla eyni proqramlar nümayiş etdirilir. Görək bu gecə hansı kanalda ər-arvad dalaşacaq, gəlin-qayınana, qayınata-gəlin, kürəkən-qayınana, baldız davası göstəriləcək, türk musiqisi altında kimlər ağlayacaq və kimlər məsxərəyə qoyulacaq. Mənim baxmağa vaxtım yoxdu, baxanlar yazsın, mən də qəzetdə çap edim, kanalların adlarını yazsınlar, onu da çap edəcəm.