adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Noyabr 2018 11:22
25954
MARAQLI
A- A+

CİN GÖRÜRƏM, ŞEYTAN GÖRÜRƏM QORXMURAM…

Harda müsəlman görürəm, qorxuram. Vay səni, Mirzə Ələkbər, sən nə qədər müdrikmişsən.

Deməli, Məkkəyə ziyarətə adətən pullu kişilər gedə bilir, bəziləri turist kimi su yoluna döndərib, bəziləri də illərlə halal əmək haqqından bir kənara ata-ata birtəhər pul düzəldib gedir. Və Səudiyyə Ərəbistanı bu ziyarətlərdən ildə təxminən 20-25 milyard və bəlkə də daha çox xeyir əldə edir.

İllərlə halal puluyla, ailəsinin boğazından kəsib ziyarətə gedən o təmiz, ziyarət etdikləri Kəbə evi qədər müqəddəs insanlar, bir məsələdən xəbəriniz varmı?

Səudiyyə Ərəbistanının vəliəhdi sizin o halal zəhmətlə qazandığınız pullardan on milyon dollar erməni modeli Kim Kardaşyana təklif edib ki, bir gecə onunla yatsın. Kardaşyan da bu təklifi qəbul etməyib, ola bilsin ki, qiyməti bir az artırmaq istəyib. Həmin vəliəhd bilmir ki, Kardaşyanın Amerikada bir gecəlik qiyməti pataloğu 1000 dollardı. Amma 1000 dollara dəyər də.

Və ən maraqlısı odur ki, ABŞ da, qardaş Türkiyə də bəyanat verdi ki, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda işgəncə ilə öldürülmüş və hələ də meyidi tapılmayan Camal Kaşıkçının ölümündə Səudiyyə rəhbərlərinin xəbəri yoxdu.

Kim Kardaşyanın bir gecəsinə 10 milyon dollar… arxasını yazmağa qorxuram.

Yazını diktə edirəm, operator deyir ki Məllim, xəbərin var, bir jurnalist də öldürüblər.