warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı Adalet.az | Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Zamirə Hacıyeva ev dustaqlığına buraxıldı

3192    |   2018-11-08 15:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Beynəlxalq Bankınınİdarə Heyətinin hazırda həbsdə olan sabiq sədriCahangir Hacıyevinhəyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Adalet.az "Report"a istinadən xəbər verir ki, Böyük Britaniyanın Kral Ədalət Məhkəməsinin bu gün keçirilən iclasında qəbul olunan qərarlaZamirə Hacıyevahər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Qeyd edək ki,Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən həftəİngiltərənin paytaxtı Londonda saxlanılıb.55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub.Bu sərəncama əsasən o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır.Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı"Harrods"da 16 milyon funt sterlinq(35.85 milyon manat)xərcləyib. Bu, gündə4000 funtdan çoxxərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında bir evə11.5 milyon funt (15.13 milyon dollar)ödəyib.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – "Mill Ride Golf Club"u almaq üçün10 milyon funt (13.15 milyon dollar)xərcləyib.

Rəsmi məlumatlar cütlüyün "Harrods"un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın42 milyon funta (55.24 milyon dollar)"Gulfstream G550 jet" təyyarəsinialdığını da ortaya çıxarıb.

Ötən həftə onun ailəsinə aid olan400 min sterlinqdən çoxdəyəri olan zinət əşyaları müsadirə edilib və"Christie" auiksionundasatışa çıxarılması nəzərdə tutulub.




İmza:
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK