Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq – RƏSMİ Adalet.az | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq – RƏSMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq – RƏSMİ

3418    |   2018-11-08 14:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Minimum əmək haqqı əlbəttə ki, artmalıdır. Bizim həm əhalinin gəlirləri həm də ÜDM –yə nisbətdə əhalinin minimum əmək haqqı çox aşağıdır. Biz bunu əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu aktual məsələdir”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyev qeyri-leqal məşğulluqla bağlı komissiya yaradıb.

"Əmək haqqı ayrıca bölmədə qeyd olunub. Əmək haqqı sistemi büdcə təşkilatlarında ümumiyyətlə mürəkkəbdir. Bu məsələyə baxılmalıdır. Biz bununla bağlı İşçi Qrupu yaratmışıq. Avropanın tvininq layihəsini, Dünya Bankının ekspertlərini dəvət etmişik. Artıq ilkin layihəmiz var. Lakin bununla bağlı açıqlama vermək istəmirəm”.

İdris İsayev onu da qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ixtisar olmayacaq, optimallaşma həyata keçiriləcək”.

"Fərdi uçot sistemi pensiya sisteminin əsasını təşkil etdiyi üçün bizim nazirlikdə qalır. Eyni zamanda DOST mərkəzləri yaradılır, biz həmin şəxsləri bu mərkəzdə yerləşdirəcəyik”.




İmza:
SON XƏBƏRLƏR
2019-01-20
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK