adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Noyabr 2018 14:18
6342
HADİSƏ
A- A+

Bakı metrosunda problem: Sərnişinlər qatardan boşaldıldı

Bakıda metroda qatarda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib:

"Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".

Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub.

B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur".