ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-da “Mühəndislər üçün biznes təhsili”nə start verildi

1339    |   2018-11-08 14:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə "Mühəndislər üçün biznes təhsili” layihəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində BANM-ın rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda iştirak üçün xüsusi seçilmiş tələbələr iştirak ediblər.

Adalet.az xəbər verir ki, layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram mühəndislik üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulmuşdur və tamamilə ingilis dilində həyata keçiriləcək. Layihə tələbələrin müasir biznes mühitinə daha effektli inteqrə olunmasına şərait yaradacaq.

Açılış mərasimində çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, bu cür layihələr mühəndislik üzrə təhsil alan tələbələrə menecment və biznes sahəsində geniş bilgilər verəcək və yalnız proqramı uğurla başa vuran tələbələrə xüsusi sertifikatlar təqdim ediləcək.

Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

Universitetlər arasında böyük marağa səbəb olan proqrama müraciət edənlərdən 200-ə yaxın tələbə seçilmişdir. Altı qrupdan ibarət olan iştirakçılar noyabr ayının 12-dən ilk təlimlərə başlayacaqlar.

"Mühəndislər üçün biznes təhsili”nin proqramına Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi modullar daxildir.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK