ANA SƏHİFƏ / SAĞLAMLIQ

Həkimlər 21 illik səhvi düzəltdi - Azərbaycanda

1432    |   2018-11-08 14:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 21 il öncə səhv diaqnozla müalicə alan xəstə uğurlu əməliyyat olunub.

Adalet.az xəbər verir ki, klinikanın Torakal cərrahı, t.ü.f .d. Arif Ağayev deyir ki, xəstədə anadangəlmə ön divar aralığında (ürəklə ağciyərlər arasında) törəmə olub.

"Xəstə indi 27 yaşındadır. 5- 6 yaşından davamlı öskürək, boğulma, davamlı yüksək temperaturdan, döş qəfəsində şiddətli ağrılar şikayətləri ilə müxtəlif xəstəxanalarda uzun müddətli müalicələr almışdır. Lakin əlbəttə, həmin illər Azərbaycanda səhiyyənin səviyyəsi indiki ilə müqaisədə yüksək deyildi və ona görə xəstəyə səhv diaqnoz qoyulub, onun anadangəlmə qüsuru yanlış dəyərləndirilib. Xəstə davamlı olaraq vərəm, astma, pnevmaniyadan və s. kimi yanlış xəstəliklərdən müalicə alıb”.

Torakal cərrah A.Ağayevin sözlərinə görə, xəstə klinikaya müraciət etdikdə davamlı bəlğəmli öskürürək, ara-sıra temperaturun yüksəlməsindən, təngnəfəslikdən şikayət edib: "Ən əsası odur ki, xəstə nə qədər müalicə olunsa da, bu problem aradan qalxmırmış. Biz gəncin əlindəki müayinə nəticələrinə nəzər saldıq, lazımi yeni müayinələr də apardıq. Bizim müayinələr əsasında xəstənin ön divar aralığı dediyimiz bölgəsində törəmə olduğu aşkarlandı. Bu, anadangəlmə dermoid sist və ya teratoma kimi dəyərləndirilib. Törəmənin xoşxassəli olduğu təsdiqləndi”.

Məlum olub ki, bu törəmə 21 il öncə irinləyərək ağciyərə yol açıb. Bu illər ərzində törəmə fasiləsiz olaraq irinləyib, iki orqan arasında yaranmış yoldan bu irin ağciyərə tökülüb. Ona görə də həkimlər bunu ağciyər problemi kimi qəbul ediblər.

Arif Ağayev bildirir ki, uzun sürən müayinələrdən sonra, xəstədə vərəm olmadığı təsdiqlənib və xəstə əməliyyata alınıb: "Xəstənin törəməsi çıxarıldı. Və irinlənmiş ağciyərin irinli və öz fəaliyyətini itirmiş 2 payı çıxarıldı. Əməliyyat 8 saat yarım davam etdi və uğurla nəticələndi”.

Həkim qeyd edir ki, əməliyyatdan sonra xəstənin vəziyyəti normaldır və xəstəmiz mütamadı olaraq kontrol müayinələrə gəlir və hər hansı şikayəti qeyd olunmur.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK