warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Avropa İttifaqının xüsusi nümayəndəsi Dövlət Komitəsində olub Adalet.az | Avropa İttifaqının xüsusi nümayəndəsi Dövlət Komitəsində olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Avropa İttifaqının xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

4736    |   2018-11-08 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü olub.

Adalet.az xəbər verir ki, dövlət Komitəsinin sədriAvropa İttifaqı ilə qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan davamlı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə Azərbaycanın mühüm əhəmiyyət verdiyini qeyd edib.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində də Avropa dövlətlərinin təsirli iştirakının vacibliyini vurğulayan Komitə sədri münaqişə nəticəsində xalqımızın üzləşdiyi itkilər və məhrumiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, münaqişə nəticəsində 1 milyon 200 mindən çox həmvətənimiz doğma yurd-yuvasından didərgin düşüb, ağır şəraitdə yaşamağa məcbur olub. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərar və qətnamələri kağız üzərində qalıb. Məcburi köçkünlərin pozulmuş hüquqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlar fəaliyyətini artırmalıdır.

Qonaqlara məlumat verilib ki, respublikanın müxtəlif rayonlarında yaşayan məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün verdiyi tapşırıqlar icra olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva ən qəzalı və ən ağır yaşayış yerlərində məskunlaşmış məcburi köçkünlərlə bağlı verdiyi tapşırığın icrasına şəxsən nəzarət edir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Avropa İttifaqı və Azərbaycan arasındakı əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib. Qonaq bu əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Eyni zamanda məcburi köçkünlərlə bağlı fəaliyyətin artırılması üçün çalışılacağı vurğulanıb.

Görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




İmza:

Növbədənkənar iclasların vaxtı dəqiqləşdi

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

Azərbaycanlı deputat Paşinyanı küçə uşağı adlandırdı

Əflatun Amaşov beynəlxalq tədbirdə nələrdən danışdı?

Deputatlar Fuad Abbasovun müdafiəsinə qalxdılar: “XİN münasibət bildirməlidir!”

Vahid Əhmədov: “İslahatın məgər buynuzu olur?”

Samir Şərifov: "Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb"

Azərbaycan Prezidenti Rusiya Elmlər Akademiyası prezidentini qəbul edib - YENİLƏNİB

İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

Çavuşoğlu: Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək

Hüseynbala Mirələmov: “Səhvlərini etiraf edib əfv diləmək heç vaxt gec deyil”

Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur”

SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK