Həyatımın ən gözəl anı – Ayxan Ayvaz yazır…

AYXAN AYVAZ
25357 | 2018-11-08 14:11


Yaza bilmirəm, əzizdostlar. Hər gün çıxıb bizim bu boz şəhəri dolanıram, adamların üzündəki çıxıbgetmək ifadəsini oxuyub kövrək anlar yaşayıram, içkinin daşını atıb xoşbəxt həyataqədəm qoyacağımı düşünürəm.

Yaza bilmirəm, Nazim Hikmetin şeirlər kitabını oxuyub sarsılıram, şəkillərigözdən keçirib kövrəlirəm, filmlərə baxıb ağlayıram, ofisiant qadın masanınüstündəki boş qab-qacaqları yığışdıranda əsəbləşirəm, siqareti tələsik çəkirəm,adamların arasında özümü narahat hiss edirəm, Elçin Səlcuqu, Şaiq Vəlini,atamı, anamı, Mövludu xatırlayanda əllərim titrəyir.

Yaza bilmirəm. Qoqol kimi minlərlə səhifəyə bu sözləri köçürmək fikrindədeyiləm. Ancaq artıq bu boz dünyada, bu boz həyatımızda məni təəccübləndirəcəkheç nə tapa bilmirəm. Əslində, burda da bəhanə edirəm, bilirəm. Yazmalı çox, həmdə daha çox mövzular var. Ancaq bəzən yaza bilmədiyini də etiraf etməklazımdır.

Bir dəfə rəhmətlik Adil Mirseyidlə Sahil bağında gəzərkən şair dostumuzbelə dedi: "Ayxan, indi yaz. Ən yaxşı əsərini indi yaz. Sonra gec olacaq. Oböyük həcmdə olsa belə, çəkinmə.”

Hə, düz demişdi! Allah rəhmət eləsin!

Deməli, vəziyyət bu qədər ağır olduğu üçün həkim dostumla məsləhətləşdim.O da mənə nə desə yaxşıdır? Ən xoş anını xatırla. Başımı daşdan-daşa vurdum,qabağımdakı kağız-kuğuzu eşələdim, saqqalıma tumar çəkdim, bir siqaret yandırıbpəncərədən çölə, əsəbi adamların film titrləri kimi keçib getməsinə tamaşaetdim.

Axırı tapdım. Həkimə üzümü tutub danışdım:

- Uşaq vaxtı olub. Tiflisdə yaşayırdıq. Evimiz bazara yaxın idi.Uşaqlardan ayrılıb ora getdim. Könlümdən üzüm keçirdi, amma işin tərsliyindənpulum yox idi. Balacaydım, altı yaşım olardı. Gürcü satıcı qadın mənə baxdı,baxdı, qucağına götürüb öpdü, sonra bir salxım üzüm verdi.

Gördüm həkim dostum kövrəldi, gözləri doldu. Yaxına gedib baxdım: həqiqətəngözləri dolmuşdu. Onu sakitləşdirməyə çalışdım, yaddaşımı qurdalayıb bir-biriilə əlaqəsi olmayan lətifələr danışmağa başladım.

Həkim birtəhər özünə gəlib soruşdu:

- Bəs sənin istədiyin nədir?

Heç bilmədim ona niyə belə bir əhvalat danışdım:

- Polşaya səfərə çıxan qonaqları qəhrəmanların xatirəsinə açılmış parkdagəzdirən yaşlı zabit gördüyündən heyrətlənir: oturacaqların birində sevgililəröpüşür. Zabit tez təlaşlanıb qonaqların bunu görməməyi üçün yaxınlaşıb oğlanıqırağa çəkir, əsəbi-əsəbi:

- Burda nə edirsiniz? Bilmirsiniz, burda qəhrəmanlarımızın ruhu dolaşır.Onlar Vətən üçün şəhid olublar.

Oğlan sakitcə cavab verir:

- Bəli. Onlar ona görə öldülər ki, biz burda rahat öpüşə bilək.

Həkim dedi, yeni adamlarla tanış ol, başqa şəhərlərə get... Dərmanlarınişə yaramadığından saatlarla danışdı. Axırda, bir qızıl məsləhət də verdi: hamıbu həyatda bacardığı kimi yaşayır. Heç kim başqasını özünə dərd eləmir. Sonraxeyli baş apardı. Dözə bilmədim, durub sağolsuz-zadsız otaqdan çıxdım. Çöləçıxanda bir siqaret yandırıb düşündüm: bunu yazmaq pis olmazdı.

TƏQVİM / ARXİV