ANA SƏHİFƏ / YAZARLAR

Həyatımın ən gözəl anı – Ayxan Ayvaz yazır…

6993    |   2018-11-08 14:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Yaza bilmirəm, əziz dostlar. Hər gün çıxıb bizim bu boz şəhəri dolanıram, adamların üzündəki çıxıb getmək ifadəsini oxuyub kövrək anlar yaşayıram, içkinin daşını atıb xoşbəxt həyata qədəm qoyacağımı düşünürəm.

Yaza bilmirəm, Nazim Hikmetin şeirlər kitabını oxuyub sarsılıram, şəkilləri gözdən keçirib kövrəlirəm, filmlərə baxıb ağlayıram, ofisiant qadın masanın üstündəki boş qab-qacaqları yığışdıranda əsəbləşirəm, siqareti tələsik çəkirəm, adamların arasında özümü narahat hiss edirəm, Elçin Səlcuqu, Şaiq Vəlini, atamı, anamı, Mövludu xatırlayanda əllərim titrəyir.

Yaza bilmirəm. Qoqol kimi minlərlə səhifəyə bu sözləri köçürmək fikrində deyiləm. Ancaq artıq bu boz dünyada, bu boz həyatımızda məni təəccübləndirəcək heç nə tapa bilmirəm. Əslində, burda da bəhanə edirəm, bilirəm. Yazmalı çox, həm də daha çox mövzular var. Ancaq bəzən yaza bilmədiyini də etiraf etmək lazımdır.

Bir dəfə rəhmətlik Adil Mirseyidlə Sahil bağında gəzərkən şair dostumuz belə dedi: "Ayxan, indi yaz. Ən yaxşı əsərini indi yaz. Sonra gec olacaq. O böyük həcmdə olsa belə, çəkinmə.”

Hə, düz demişdi! Allah rəhmət eləsin!

Deməli, vəziyyət bu qədər ağır olduğu üçün həkim dostumla məsləhətləşdim. O da mənə nə desə yaxşıdır? Ən xoş anını xatırla. Başımı daşdan-daşa vurdum, qabağımdakı kağız-kuğuzu eşələdim, saqqalıma tumar çəkdim, bir siqaret yandırıb pəncərədən çölə, əsəbi adamların film titrləri kimi keçib getməsinə tamaşa etdim.

Axırı tapdım. Həkimə üzümü tutub danışdım:

- Uşaq vaxtı olub. Tiflisdə yaşayırdıq. Evimiz bazara yaxın idi. Uşaqlardan ayrılıb ora getdim. Könlümdən üzüm keçirdi, amma işin tərsliyindən pulum yox idi. Balacaydım, altı yaşım olardı. Gürcü satıcı qadın mənə baxdı, baxdı, qucağına götürüb öpdü, sonra bir salxım üzüm verdi.

Gördüm həkim dostum kövrəldi, gözləri doldu. Yaxına gedib baxdım: həqiqətən gözləri dolmuşdu. Onu sakitləşdirməyə çalışdım, yaddaşımı qurdalayıb bir-biri ilə əlaqəsi olmayan lətifələr danışmağa başladım.

Həkim birtəhər özünə gəlib soruşdu:

- Bəs sənin istədiyin nədir?

Heç bilmədim ona niyə belə bir əhvalat danışdım:

- Polşaya səfərə çıxan qonaqları qəhrəmanların xatirəsinə açılmış parkda gəzdirən yaşlı zabit gördüyündən heyrətlənir: oturacaqların birində sevgililər öpüşür. Zabit tez təlaşlanıb qonaqların bunu görməməyi üçün yaxınlaşıb oğlanı qırağa çəkir, əsəbi-əsəbi:

- Burda nə edirsiniz? Bilmirsiniz, burda qəhrəmanlarımızın ruhu dolaşır. Onlar Vətən üçün şəhid olublar.

Oğlan sakitcə cavab verir:

- Bəli. Onlar ona görə öldülər ki, biz burda rahat öpüşə bilək.

Həkim dedi, yeni adamlarla tanış ol, başqa şəhərlərə get... Dərmanların işə yaramadığından saatlarla danışdı. Axırda, bir qızıl məsləhət də verdi: hamı bu həyatda bacardığı kimi yaşayır. Heç kim başqasını özünə dərd eləmir. Sonra xeyli baş apardı. Dözə bilmədim, durub sağolsuz-zadsız otaqdan çıxdım. Çölə çıxanda bir siqaret yandırıb düşündüm: bunu yazmaq pis olmazdı.



İmza:Ayxan Ayvaz

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK