warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir film izle sakarya escort likit Adalet.az | İdxal olunan kartofda zərərli orqanizmlər aşkar olundu - Gürcüstana qaytarılır Adalet.az | İdxal olunan kartofda zərərli orqanizmlər aşkar olundu - Gürcüstana qaytarılır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İdxal olunan kartofda zərərli orqanizmlər aşkar olundu - Gürcüstana qaytarılır

3550    |   2018-11-08 13:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartofdan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.

Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26042 kiloqram kartofun Gürcüstana qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

"Fitosanitar nəzarəti haqqında” qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Kartofun gövdə nematodu dəyirmi qurdlardan olub, ölçüsü 0,72-1,44 mm-dir. Bitkinin bütün yeraltı (kökyumruları, kökümsovları) hissəsinə zərər verir. Növ çoxzonalılıq təşkil edir və mülayim iqlim qurşağına malik olan regionlarda yayılır. Sirayətlənmiş kökyumrularında yaş və yaxud quru çürümə olur ki, bu da anbarlarda saxlanılan zaman digər kökyumrularına da yayılır. Gövdə nematodunun zərərvericiliyi saxlanma zamanı, əsasən də temperatur dəyişikliyi olan zaman təzahür edir. Kiçik məsafələrə torpaq vasitəsilə yayıla bilən bu oqanizmlər suvarma zamanı su vasitəsilə də yayıla bilir.



İmza:

Ölkə ərazidində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

"Sənsizliyimin bu 8 ilində səni 8 saniyə də olsun unuda bilmədim" - İkinci ömür...

Balaxanı tullantı poliqonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb

Tütündən istifadə edən sürücülər cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

TANRI SƏNİ QORUSUN, QIZIM!

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı

İsmayıllıya qar yağıb - Foto

Pirallahıda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Ermənilər işğal altındakı torpaqlarımızda altı kiçik su elektrik stansiyası tikirlər

UZAĞI ON BEŞ SUTKADIR DANA

SON XƏBƏRLƏR
2019-04-20
2019-04-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK