ANA SƏHİFƏ / MƏMLƏKƏT

119 NÖMRƏLİ MARŞRUTDA NƏLƏR BAŞ VERİR?! - Faiq QİSMƏTOĞLU yazır

Bu marşrutda işləyən bəzi sürücülər sonuncu dayanacağa qədər getmir, metronun «20 Yanvar» stansiyasından dönüb geri qayıdır

3271    |   2018-11-09 10:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhərində ictimai nəqliyyatdan, o cümlədən avtobus və mikroavtobuslardan geniş istifadə olunur. Heç kimə sirr deyil ki, son vaxtlar Bakıda avtobusların iştirakı ilə ağır qəzalar baş verib və bu zaman ölən və yaralananlar olub. Bir faktı yada salmaq istəyirik: təxminən bir ay öncə avtobus sürücüsünün məsuliyyətsizliyi üzündən dərmiryol xəttini keçmək istəyərkən qatarla toqquşdu. Bu hadisə zamanı da iki nəfər dünyasını dəyişdi, çoxlu sayda insanlar xəsarət aldılar.

Görürsünüz, artıq insanlar avtobuslara minməyə ehtiyat edirlər. Xüsusən də kart sistemi ilə işləməyən avtobuslar sürücülər tərəfindən təhlükəli idarə olunur. Onlar planı vermək üçün sürət həddini artırır, digər nəqliyyat vasitələrini ötür və hətta təhlükəli manevr etməkdən belə çəkinmirlər. Biz bu sözləri Abşeron rayonunun Xırdalan şəhərindən metronun «Əcəmi» stansiyasına qədər hərəkət edən 119 nömrəli marşruta da şamil edə bilərik.

Həmin marşrutla bağlı son vaxtlar redaksiyamıza çoxlu sayda şikayətlər daxil olur. Bu şikaytələrin də məğzi ondan ibarətdir ki, marşrutda işləyən bir çox sürücülər yol hərəkəti qaydasına əməl etmir, sürət həddini aşır və hətta qəza şəraiti yaradırlar. Təsadüfi deyil ki, bizim əməkdaşlardan biri də hər gün həmin marşrutdan istifadə edir. Elə bir gün olmaz ki, səhər və axşam saatlarında bu marşrutla bağlı sərnişinlər narahatlıq keçirməsinlər.

Dayanacaqlara tez çatmaq üçün sürücü sürəti artırır, çox təhlükəli hərəkətlər edir. Hər hansı sərnişin də sürücüyə irad tutanda o əsəbləşib deyir ki, xoşunuz gəlmir düşün, başqa marşruta minin. Qəribəsi odur ki, bu marşrutda sanki intizamsız sürücüləri seçib sükan arxasında əyləşdirirlər. Görəsən, onların fəaliyyətinə, işinə daşıyıcı şirkət, heç olmasa dispeçerlər göz qoyurmu? Göz qoysalar da çox şeyi görməməzliyə vururlar.

Sərnişinlərin dediyinə görə, səhər saatlarında sürücülər həkim müayinəsindən keçmir, avtobusları bir çoxları gecələr harda gəldi saxlayırlar. Belə də olanda həmin nəqliyyat vasitələri səhər növbə başlayanda texniki baxışdan keçirilmir. Üstəlik də hər bir avtobusun salonu axşam saatlarında yuyulmalı, sanitar və gigiyenik qaydalara riayət olunmalıdır. Təəssüf ki, həmin avtobuslardan istifadə edən sərnişinlər xoşagəlməz vəziyyətlə hər gün üzləşməli olurlar.

Sərnişinlərdən biri deyir ki, səhər saatlarında avtobusda çoxlu adamlarda var idi. Sürücünün də başı sükana dəyirdi. Bir çoxları dedi ki, yəqin bu yorulub. Başqa bir sərnişin dillənir ki, ay rəhmətliyin oğlu, hələ növbə başlamayıb nə yorulmaq?! Görmürsünüz, bu hallıdır! Sirr deyil ki, bu gün Bakıda narkotik maddə qəbul edib avtobusu idarə edən sürücülərə də rast gəlmək mümkündür. Və heç kim zəmanət verə bilməz ki, 119 nömrəli marşrutda da belə səhlankar, məsuliyyətsiz sürücü yoxdur.

Burda birmənalı olaraq məsuliyyət daşıyıcı şirkətin və sürücülərin üzərinə düşür. Sərnişinlər onu da deyirlər ki, bəzi sürücülər hətta «avtoşluq» eləməkdən belə çəkinmirlər. Heç bir təhlükəyə, heç bir maneəyə əhəmiyyət qoymadan başlayırlar bir-birilə yarışmağa. Özü də Bakı-Quba avtomobil yolunda bu avtobuslar daha sürətlə idarə olunur, yolun sağıyla getmək əvəzinə yolun soluyla hərəkət edirlər. Bu isə o deməkdir ki, 119 nömrəli marşrutda hərəkət edən bəzi avtobus sürücüləri digər nəqliyat vasitələri üçün qəza şəraiti yaradır. Heç kim deyə bilməz ki, yaranmış qəzalar zamanı hər hansı bədbəxt hadisə baş verməyəcək.

Görünən odur ki, 119 nömərli marşrut işləyən bir çox avtobus sürücüləri səhər və axşam saatlarında marşrutdan çıxır, özlərinə sərf eləyən yola hərəkət edirlər. Məsələn, onlar səhər saatlarında «Şamaxinka» deyilən yerə gəlib çatanda bildirirlər ki, qarşıda tıxac yaranıb, ona görə də metronun «20 Yanvar» stansiyasına gedə bilməyəcəyik. Bu anda sürücülər sərnişinləri düşürür, sərnişinlər isə yenidən 30 qəpik verib başqa marşrutla hərəkət etməli olurlar. Elə onlar da bizim redaksiyamıza müraciət edərək bildirirlər ki, nə üçün 119 nömrəli marşrutun bəzi sürücüləri xəttdən çıxır, sərnişinləri yarıyolda qoyur və üstəlik də onlara maddi ziyan vurur?!

Sərnişinlərdən biri həmin məsələni noyabrın 7-də Bakı Nəqliyyat Agentliyinin ünvanına çatdırıb. Telefon danışığı zamanı həmin sərnişin yuxarıda qeyd etdiyimiz əhvalatı bir daha adiyyəti quruma bildirib. Ordan isə deyiblər ki, siz narahat olmayın, şikayətiniz qeydə alındı və daşıyıcı şirkətə məlumat veriləcək, mövcud nöqsan aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən tez-tez bu cür giley-güzarlar qəbul edir. Və insaf naminə də deyək ki, imkan daxilində problemin çözülməsinə öz köməkliklərini göstərirlər. Amma bütün bununla yanaşı, bu gün 119 nömrəli marşrutda mövcud nöqsanlar qalmaqdadı və davam edir. Bu məsələnin yeganə bir həlli yolu var: əgər digər marşrutlar kimi 119 nömrəli marşrut da kart sisteminə keçsə, nə sərnişinləri yarıyolda düşürər, nə sürətlə avtobusları sürücülər idarə edər, nə də sərnişinlər təhlükəli anlar yaşayarlar.

Biz inanırıq ki, Bakı Nəqliyyat Agentliyi mövcud problemin köklü surətdə həll edilməsi üçün ciddi addımlar atacaqdır. Və daşıyıcı şirkət də öz işində dönüş yaradacaq, avtobuslar marşrut xəttindən kənara çıxmayacaq, sərnişinləri təhlükəsiz mənzilbaşına çatdıracaqlar.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK