ANA SƏHİFƏ / SİYASƏT

Dövlət Komitəsi Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq edəcək

2168    |   2018-11-08 12:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

Komitədən Adalet.az-a verilən məlumata görə, görüşdə İsveç-Azərbaycan əlaqələrinin tarixindən söz açan Mərkəzin rəhbəri Aleksander Husebye, məşhur "Nobel qardaşlarının neft istehsalı şirkətinin” ölkəmizdə fəaliyyətindən danışaraq, bununla bağlı kitabın hazırlandığını və 2020-ci ildə işıq üzü görəcəyini vurğulayıb.

Öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, qəbula görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi qurum və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi-tarixi araşdırmalar böyük maraq doğurur.

"Nobel qardaşlarının neft istehsalı şirkətinin” Azərbaycandakı fəaliyyətinə toxunan Dövlət Komitəsinin sədri bu barədə kitabların yazıldığını və hətta filmin də çəkildiyini vurğulayıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin Stokholmdakı Biznes Tarixi Mərkəzi ilə əməkdaşlıq layihələri müzakirə olunaraq, birgə fəaliyyətin həyata keçirilməsi istiqamətində danışıqların aparılması qərarı verilib.




İmza:

Cavid Qurbanov Vyanada əməkdaşlıq perspektivlərini müzakirə edib

XİN Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Abdullah Eren: “Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara dəstək göstərəcəyik”

İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib - YENİLƏNİB

“Deputatların gəlir deklorasiyası qəbul edilməlidir”

Spiker deputatlara irad tutdu: “Buradan hər kəsi yaxşı görürəm”

Deputat spikerdən xahiş etdi: “Nazirə deyin, bu adamları qəbul etsin”

"Fransa ABŞ-ın vassalı deyil"

Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq

Spiker deputata hirsləndi: “Eşitməyi bacarın”

Deputat nazirlərdən xahiş etdi: “Kömək göstərin”

İlham Əliyev: "Azərbaycanın Belarusdan hərbi texnika alması Ermənistanda psixoz tutmalara səbəb olur"

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK