warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “Mənim göz yaşımı niyə tamaşaçı görməlidir ki?” - Amaliya Pənahovanın son müsahibəsi Adalet.az | “Mənim göz yaşımı niyə tamaşaçı görməlidir ki?” - Amaliya Pənahovanın son müsahibəsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Mənim göz yaşımı niyə tamaşaçı görməlidir ki?” - Amaliya Pənahovanın son müsahibəsi

5858    |   2018-11-08 11:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq artisti, bu gün dünyasını dəyişmiş Amaliya Pənahovanın müsahibəsini təqdim edirik. Bu, böyük sənətçinin son müsahibəsi idi...

- Amaliya xanım, istər teatr səhnəmizdə, istərsə də filmlərimizdə bir çox qadın obrazları yaratmısınız. Sizin üçün qadın xoşbəxtliyi nədir?

- Qadını gərək anlasınlar, başa düşsünlər. O ən böyük xoşbəxtlikdir ki, səni başa düşürlər.

- Sizin özünüzü tez-tez başa düşürlər?

- Xeyr, görünür mən sadə insan deyiləm ki, məni hamı başa düşə bilmir.

- Həyatda və sənətdə uğur qazanmağın sirri nədir?

- Həyatda öz lazımlılığını hiss etmək. Həmçinin sən hiss edirsən ki, səhnəyə, sənətə lazımsan. Bunu hiss etmək lazımdır. Hiss edəndə uğur da qazanacaqsan.

- Bu doğru fikirdir ki, gərək qadının arxasında kişi dayansın və ona dəstək olsun?

- Xeyr! O qədər kişilər var ki, arxalarında qadınlar dayanıb. İnsanlar müxtəlifdir. Həyatda tək insanlar var ki, çox nailiyyət qazanıb. Nəyisə nəyəsə qurban vermək o deməkdir ki, ya insan zəifdir, ya da bacarıqsız.

- Amaliya Pənahova üçün ailə nə deməkdir?

- Ailə mənim üçün çox şeydir.

- Nələri qurban vermisiz bunun üçün?

- Heç nəyi! Yalan sözdür ki, sənət qurban tələb edir. Ola bilər ki, öz dincliyimdən, asudə vaxtımdan keçmişəm. O da ailəyə bağlılıqdan olub.

- Sənətdə vəfasızlıq görmüsüz?

- Mən çox vəfasız məqamlarla rastlaşmışam. İnsan getdikcə daha da bərkiyir. Bu nəticəyə gəlmişəm ki, insana özündən başqa heç kim sirdaş ola bilməz.

- Nəyi bağışlaya bilməzsiniz?

- Xəyanəti, satqınlığı, etibarsızlığı heç vaxt bağışlamıram. Mən o adamlardan uzaqlaşıram.

- İnsanın böyüklüyü nədədir?

- Yaxşılığı bacarmaqda. Hər kəs yaxşılıq etməyi bacarmır. Əgər onu hansısa məqsədlə edirsə demək ki, o yaxşılıq deyil.

- Həyatınızdakı hansı günü heç vaxt unutmursunuz?

- Mən ürəkdən şaqqanaq çəkib gülməkdən həmişə çəkinmişəm. Yalan deyərəm ki, sevincli anlarım çox olub. 2-3 olub, onları da çalışmışam ki, ürəyimdə saxlayım.

- Güclü xanımsınız. Heç vaxt sizi efirdə ağlayan, kövrələn görməmişik...

- Mənim göz yaşımı niyə tamaşaçı görməlidir ki? Mən sevmirəm ki, kiminsə mənə yazığı gəlsin.

Əli Novruzəliyev (milli.az)



İmza:

Bakı metrosunda alternativ enerji mənbələrindən istifadə ediləcək

XİN:Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir

Səfirlik: Jurnalist Fuad Abbasovun Rusiyada saxlanılması nəzarətimizdədir

Cavid Qurbanov: "Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə..."

Azərbaycan və Ermənistan sərhədində monitorinq keçiriləcək

Baş nazir Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik etdi

“HAVA YOLLARININ” HAVAYI TORPAQ ZƏBTİ

DGK ilə BMT arasında birgə əməkdaşlıq perspektivləri müzakirə olunub

Mübariz Mənsimovun təmiz adı ona öz şöhrətindən faydalanmasına haqq qazandırır

Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqləndi - FƏRMAN

Prezident Sabunçu dəmir yolu vağzalının açılışında - FOTO - YENİLƏNİB

Dövlət Gömrük Komitəsi bəzi media qurumlarına müraciət edib

SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK