adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Noyabr 2018 11:58
7318
GÜNDƏM
A- A+

Azərbaycanda yoxsulluq səviyyəsi enəcək

Növbəti ildə Azərbaycanda yaşayış minimumu 180, ehtiyac meyarı isə 143 manat müəyyən edilib.

Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, yaşayış minimumu ilə bağlı təklif olunanlar, reallığa adekvat rəqəmdir. "Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək”.

O həmçinin deyib ki, hökumətin siyasəti ehtiyac meyarının yaşayış minimumuna uyğunlaşdırılması və yaxınlaşdırılmasıdır.

"Bu proses gedir. Növbəti ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur”.(modern.az)