Filmimizin bir nəfərdən canı qurtardı - Eminquey yazır

EMİNQUEY AKİF
52322 | 2018-11-09 14:45

Ağız dadım filmcəhətədən pis deyil.

Azərbaycanınson dövr filmlərindən, kommersiya yox ha, söhbət filmdən gedir, "Dolu”, "Yarımçılarxatirələr” xoşuma gəlib. Ən sonuncu isə Emil Quliyevin iki hissəli "Pərdə” filmilap ürəyimə yağ kimi yayıldı. "Pərdə”nin birincisi zorla başqasına verilənqızın hekayəsidir. Birinci "Pərdə”də Emili qınayırdılar ki, filmə bu ad qızınzorlanmasına görə qoyulub. Bu film hadisəyə başqa rakursdan və başqa tərzdəyanaşmanın nəticəsidi.

Müasir Romeo və Culyettanın azərbaycanlı variantı və onların milli adət-ənənələrlə, cəmiyyətin sırıdığı qayda-qanunlarla mübarizəsi bu filmin ana xəttidir. Mən qulaqlarıma inana bilmirdim. Obrazlar əsl küçə söyüşləri söyürdü. Axır ki, dialoqları təbii olan bir film çıxdı ortaya. Məhlə uşaqları, fəhləsi, ustası müəllim kimi yox, elə necə var elə danışdı bu filmdə. Amma bu dialoqlar da köhnə fikirli adamlar üçün biraz qəribə gəlir. Onlar belə şeyləri qəbul etmirlər. 

Emilə filmin adı ilə bağlı gələniradlara o, müsahibəsində yaxşı cavab vermişdi, onun cavabı mənim də ürəyimdəntikan çıxarmışdı.

"Ümumiyyətlə, cəmiyyətimiz arasındayaranan yersiz pərdədən söhbət gedir. Sərf edən yerdə pərdə var, sərf etməyənyerdə pərdə yoxdur. Buna ata-ana-övlad arasında yaranan pərdəni də şamil edəbilərik. Düzdü, hörmət və pərdə saxlamaq başqa şeylərdir. Ancaq pərdə saxlamaqistəyirsinizsə, hamıya qarşı belə addım atın. Niyə bir yox, iki üzünüz var?İkiüzlülük niyə edirsiz?

Burda gülüb-danışırsız, həmin şəxs gedəndən sonraarxasından danışırsız. Bu da ikiüzlülükdü. Filmdə ana və oğulun mübahisəsəhnəsi var. Həmin səhnədə olan azyaşlı barədə yaşlı nəslin nümayəndələri iradbildirir. Deyirlər ki, həmin səhnəni niyə çıxartmamısan? Mən də cavab verirəmki, evdə mübahisə edəndə övladınızı bayıra çıxarırsız? Guya, ata anaylamübahisə edəndə bizdən icazə alır? Təsəvvür edin ata oğula deyir ki, çıxbayıra, "mama”nı söyəcəm. Belə bir şey yoxdur. Otaqdan çıxsan da səslərinieşidəcəksən. O səhnədə nə var? Niyə göstərməyək? Ana filmdə nə edib ki? Mənbunu təbliğ etmirəm, sadəcə olaraq həyatda belə olduğu üçün səhnələşdirmişik.

Daha sonra uşaq qulaqlarını tutur, bezir.Ümumiyyətlə, belə bir şey ssenaridə yox idi. Çəkilişə gəlmişdik, elə uşağıgördük, dedik belə bir səhnə ekranlaşdıraq. Gördüm ki, hər şey əla alınır,arxadan balaca qızı itələdim ki, get qucaqla. Kadr onu tələb edirdi".

Filmdəki təbiidialoqlar, originallıq eynilə "Pərdə” nin ikincisində də keçərlidir.

Açığı ikinci "Pərdə”məni daha çox təsirləndirdi. Arvadı ilə dostunun xəyanətinə tuş gələn Tima.Aktyor seçimi fısqırıqdır. Yeni nəslin ən yaxşı aktyorları. Hikmət Rəhimov,Elşən Əsgərov, Günah Əhməd, Qorqud Cəfər.

Ümumilikdə EmilQuliyevin çəkdiyi bu film uzadılan qısa metrajlı film idi. Necə ki, "Paradoks” adlıqəşəng bir qısametrajlı film çəkmişdi.”Pərdə” filminin üçdə bir hissəsi kəsilsəvə ya qısaldılsaydı, heç nə dəyişməzdi. Amma rejissoru da anlamaq olar –"böyük” ekrana çıxmaq üçün mütləq minimum var. 

Hər bir seriyası"mentalitet”lə məhv olunan ayrıca insan həyatına həsr olunan kiçik "Pərdə”serialı çəkmək də, filmin üçüncü hissəsini görmək də maraqlı olardı. Xüsusən dəbu dəfə kameranı düz tutsalar.

Bunlardan onagörə söz açdım ki, bu filmlərə də baxasınız, yəni müqayisəni öz filmlərimizləgötürəsiniz və indi deyəcəyim bir xəbərlə uzlaşdırasınız.

Kənan M.M deyibki, daha Azərbaycan üçün film çəkməyəcəm. Gözlərim yaşardı, inanın. Neçə ildir ki, Kənan bəyAzərbaycan filmini bir düşmən əsir kimi qabağına qoyub zakon xırdalayırdı,təsbehlə başına vurub sındırırdı, sağına-soluna yumruq döşəyirdi, nə bilim,üstündə şpaqat açırdı, çənəsinə təpik qaldırırdı.

Şükr, filmimiz buəzabdan qurtardı, əsirlikdən çıxdı. Allah bəla göndərəndə, çarəsini dəgöndərirmiş, ay Film Mərdan. İnan, O, var.

İndisiz deyin, bu oyunda kim uduzdu, kim uddu?


TƏQVİM / ARXİV